“Birləşməyəcəyik”- Cəlaloğlu ilə Əliyev təkzib etdi
Bizi izləyin

Nida.az

“Birləşməyəcəyik”- Cəlaloğlu ilə Əliyev təkzib etdi

“Birləşməyəcəyik”- Cəlaloğlu ilə Əliyev təkzib etdi

Azərbaycan Demokrat Partiyasının (ADP) və Vətəndaş və İnkişaf Partiyası arasında aparılan danışıqların məzmunu bəlli olub.

Publika.Az-a verilən məlumata görə,ADP-nin qərargahında VİP rəhbərləri ilə görüş keçirilib.

Görüşdə respublikada ictimai siyasi vəziyyət və siyasi partiyalar arasında əməkdaşlıq mövzusunda geniş fikir mübadiləsi aparılıb. Toplantı zamanı ölkə və yaşadığımız bölgədə baş verən son siyasi hadisələrin Azərbaycana təsiri dəyərləndirilib, hadisələrin diqqətlə izlənməsinin vacibliyi qeyd olunub və Azərbaycanın siyasi qüvvələrinin milli maraqlar baxımından yaxından əməkdaşlıq etməsinin zəruriliyi bir daha vurğulanıb.

Toplantıda həmçinin ADP-VİP əməkdaşlığına dair ötən həftə bəzi media qurumlarında yayılmış yanlış məlumatlar təkzib edilib və aparılan danışıqların məqsədinin hər iki partiyanın yaxın keçmişdəki əməkdaşlıq təcrübəsinin uyğun formatda davam etdirilməsi olduğu qeyd edilib. Görüşdə ADP-nin sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev və hər iki partiyanın rəhbər heyətinə daxil olan şəxslər iştirak edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm