Xəzərin hüququ statusu ilə bağlı növbəti görüşün vaxtı açıqlandı - ÖZƏL
Bizi izləyin

Nida.az

Xəzərin hüququ statusu ilə bağlı növbəti görüşün vaxtı açıqlandı - ÖZƏL

Daha sonra isə bu cür görüşlər Aşqabadda davam etdiriləcək. Yəqin ki, sammitin hazırlanması və təşkilatı məsələlərin həlli ərəfəsində belə görüşlər Rusiyada da keçiriləcək”.

Xəzər dənizin hüququ statusu ilə bağlı İşçi Qrupunun növbəti görüşü yanvarın 29-da Astanada keçiriləcək. Bunu Publika.Az-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Nazir müavini sözügedən görüşdə özünün də iştirakının nəzərdə tutulduğunu söyləyib. X.Xələfov deyib: “Daha sonra isə bu cür görüşlər Aşqabadda davam etdiriləcək. Yəqin ki, sammitin hazırlanması və təşkilatı məsələlərin həlli ərəfəsində belə görüşlər Rusiyada da keçiriləcək”.

Nazir müavini qeyd edib ki, bu il Xəzəryanı ölkələrin dövlətləri başçılarının növbəti sammitinin Həştərxanda keçirilməsi planlaşdırılır: “Ancaq ola bilsin ki, bu sammit Rusiyanın digər şəhərlərindən birində keçirilsin. Sözügedən sammitə hazırlıq məqsədilə bu il İşçi Qrupunun iclasları keçiriləcək. Eyni zamanda bu ilin ilk rübündə Xəzəryanı ölkələrin nazirlərinin konfransının keçirilməsi də nəzərdə tutulur. Hazırda çox mühüm məsələlər var ki, onların müzakirəsi və həlli istiqamətində razılaşmaların əldə olunması gözlənilir. Rusiya sammitin keçirilməsinə ev sahibliyi edən tərəf kimi əlavə səylər göstərmək niyyətindədir. Bütün Xəzəryanı dövlətlərdə həm iradə, həm də maraq var ki, bu sammitdə müəyyən kardinal və prinsipial məsələlər həllini tapsın. Onu da xatırladım ki, Bakı sammitində qəbul olunmuş Xəzəryanı dövlət başçılarının bir neçə qərarı hələ də açıq qalır. Artıq 3 ildən çox vaxt keçməsinə baxmayaraq İşçi Qrupu həmin razılaşmaların rəsmiləşdirilməsi ilə məşğuldur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm