Bu ölkələrlə əməkdaşlıq və iqtisadiyyat üzrə I Forum keçiriləcək
Bizi izləyin

Nida.az

Bu ölkələrlə əməkdaşlıq və iqtisadiyyat üzrə I Forum keçiriləcək

Mayın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşmüşdür.

Mayın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyini, əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Müştərək Komissiyanın səmərəli fəaliyyətini qeyd etmişdir.

Görüşdə bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitlik təmin edilmiş, Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Şahin Mustafayev Səudiyyə Ərəbistanın ölkəmizin hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini vurğulamışdır.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğu, keçirilən görüşlərin və biznes forumların Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyi qeyd edilmişdir.

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan Azərbaycana ilk dəfə gəldiyini və ölkəmizdə gördüyü dinamik sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə etmişdir. Ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirən qonaq əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulamışdır.

Yusif bin Tarrad əs-Sədan may ayında Ər-Riyadda Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və iqtisadiyyat üzrə I Forumun keçiriləcəyini qeyd etmiş, tədbirin bu ölkələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulamışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm