Fransa jurnalisti Azərbaycandan deportasiya edildi
Bizi izləyin

Nida.az

Fransa jurnalisti Azərbaycandan deportasiya edildi

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın “I- TeLe” televiziya kanalının Moskva bürosunun müxbiri İrina Voloşinanın ölkədən çıxarılması barədə şərh verib.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın “I- TeLe” televiziya kanalının Moskva bürosunun müxbiri İrina Voloşinanın ölkədən çıxarılması barədə şərh verib.

Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Voloşinanın akkreditasiya üçün Xarici İşlər Nazirliyinə müraciət etmədiyini bildirib.

"Ölkəmizdə fəaliyyətə başlamazdan əvvəl xarici jurnalistlər sorğu ilə bizə fəaliyyətləri barədə məlumat verib Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olmalıdır. Xanım İrina Voloşina bu haqda bizə muraciət etməyib" – deyə Elman Abdullayev bildirib.

Bu gün “I- TeLe” televiziya kanalının Moskva bürosunun müxbiri İrina Voloşina Bakıdan deportasiya edilib. O, hüquq müdafiəçisi Leyla Yunusla bağlı televiziyaya reportaj hazırlamaq üçün Moskvadan bu gün səhər Bakıya gəlmişdi. Jurnalist sərhəd nəzarəti məntəsindən buraxılmayaraq geri qaytarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm