“Leyla Yunusu aeroporta qədər müşaiyət edənlər…”
Bizi izləyin

Nida.az

“Leyla Yunusu aeroporta qədər müşaiyət edənlər…”

“Digər Azərbaycan vətəndaşlarını bir aylıq viza üçün aylarla get-gələ salan Fransa səfirliyi Leyla Yunusa və ərinə iki saata beş illik viza verir?!”

“Digər Azərbaycan vətəndaşlarını bir aylıq viza üçün aylarla get-gələ salan Fransa səfirliyi Leyla Yunusa və ərinə iki saata beş illik viza verir?!”

“Biz müasir gəncliyi olaraq imkan verə bilmərik ki, kimlərsə öz çirkin fəaliyyəti ilə Azərbaycan suverenliyini və dövlət maraqlarını təhdid altına atsın. Leyla Yunusun ermənilərə yönəlik və onların maraqlarına xidmət edən əməllərini qətiyyətlə pisləyirik”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyi sədri Fərid Şahbazlı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun ölkədə qaçmaq cəhdi və bu əsnada saxlanılmasına münasibət bildirərkən belə deyib.

İB sədri qeyd edib ki, Leyla Yunus və əri Arif Yunusun erməni xüsusi xidmət orqanlarının nəzarətində olan şəxs və qurumlarla əməkdaşlığı yenilik deyil, Azərbaycan ictimaiyyətinə çoxdan bəllidir: “Əgər özünü hüquq müdafiəçisi adlandıran şəxs Bakıda metroda terror törədən ermənini siyasi məhbus siyahısına salırsa, bu fakt Leyla Yunusla bağlı hər şeyi deyir. Onun illərdir ermənilərlə təslimçi sülhə hesablanan, milli maraqlarıma təhlükə törədən fəaliyyəti ikrah hissi doğurur və cəmiyyəti tərəfindən nifrətlə qarşılanır. Leyla Yunus dövlətə xəyanətdə ittiham olunan Rauf Mirqədirovun işi üzrə istintaqa dəvət olunursa, onun borcudur ki, istintaqın çağırışına əməl etsin. Hansısa partiyanın, ictimai təşkilatın təmsilçisi olmaq heç kimə qanunlar qarşısında əlavə imtiyazlar tanımır. Əgər günahı yoxdursa, dövlətçilik əleyhinə fəaliyyət göstərməyibsə, istintaqdan niyə qaçır? Görünür Leyla Yunusun ermənipərəst siyasəti bu adamları xaricdə mülk sahibi olacaq qədər zənginləşdirib. Yəqin əmindirlər ki, istintaq zamanı onlara erməni dostlarının hesabına qazandıqları çirkin var-dövlət barədə də suallar ünvanlanacaq”.

Fərid Şahbazlı bu olayla bağlı Azərbaycanda fəaliyyət göstərən bəzi diplomatik korpusları da sərt tənqid etdi: “Başa düşə bilmirəm, ABŞ və Fransa səfirlikləri nə vaxtdan mühafizə polisi rolunu oynayaraq, kiminsə müşaiyəti üçün aeroporta qədər gedir?! Bu gün Leyla Yunusu aeroporta qədər müşaiyət edən diplomatları erməni təcavüzünün qurbanı olan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bir görüşə belə aparmaq olmur. Bu diplomatik korpusların təmsilçiləri müxtəlif bəhanələrlə erməni terrorunun qurbanı olan vətəndaşlarımızla görüşdən imtina edirlər. Görünür, bu diplomatlar üçün insan haqları anlayışı yalnız Leyla Yunus kimi emissarlarını müdafiə etməkdən ibarətdir. Necə olur ki, digər Azərbaycan vətəndaşlarını bir aylıq viza üçün aylarla get-gələ salan, əməkdaşlarının kobud rəftarı ilə ad çıxaran Fransa səfirliyi Leyla Yunusa və ərinə iki saata beş illik viza verir?!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm