Axar.az-ın yeni layihəsi – AZƏRBAYCANDA İLK
Bizi izləyin

Nida.az

Axar.az-ın yeni layihəsi – AZƏRBAYCANDA İLK

Bu gün Axar.az saytının əski əlifba ilə Azərbaycan dilində versiyası fəaliyyətə başlayıb.

Bu münasibətlə Axar.az-ın kollektivini təbrik edən Teleqraf Holdinq MMC-nin baş direktoru Aynur Camalqızı bu versiyanın məqsədi barədə danışıb. A.Camalqızı qeyd edib ki, uzun müddətdir düşünülən ideyanın gerçəkləşməsinə Təbriz Universitetində Azərbaycan dili fakültəsinin yaradılması təkan verdi: “Bu layihə Azərbaycanda ilk dəfədir həyata keçirilir. İranda yaşayan azərbaycanlıların ana dilində çoxsaylı saytları mövcud olsa da, Axar.az-ın bu versiyası ləhcə və şivələrdən kənar, sırf ədəbi dildə olduğu üçün, elə İranda da ilk sayıla bilər. Dövlətlərarası münasibətlərimizin istiliyini və həssaslığını nəzərə almaqla fəaliyyət göstərəcək bu versiyada ədəbi nümunələr, İranda və Azərbaycanda çağdaş ədəbi mühitin ən tanınmış simalarının əsərləri əksini tapacaq. Ümid edirik ki, Azərbaycanda və İranda yaşayan yaradıcı nəslin bir-birini bu versiya vasitəsilə daha rahat oxumaq imkanı onların yaradıcılığına da müsbət təsirini göstərəcək və oxucu auditoriyasının genişlənməsinə, onların dünyaya çıxış imkanlarına müəyyən şərait yaradacaq”.

A.Camalqızı tarixi min illərə dayanan İran və Azərbaycan xalqının mədəni əlaqələrinin yaxınlaşmasına bu versiyanın dəstək olması üçün çalışacaqlarını da vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm