Elmar Məmmədyarov: "Ermənistan danışıqlardan yayınır" (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov: "Ermənistan danışıqlardan yayınır" (YENİLƏNİB)

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra məbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Yerevan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib:

"Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir".

Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm