Arif Hacılı Nizami Süleymanovdan danışdı: "1992-ci ildə...”
Bizi izləyin

Nida.az

Arif Hacılı Nizami Süleymanovdan danışdı: "1992-ci ildə...”

Arif Hacılı Nizami Süleymanovdan danışdı: "1992-ci ildə...”

Müsavat partiyasının başqanı Arif Hacılı Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanovun vəfatı ilə bağlı fikirlərini bölüşüb.

A.Hacılı Publika.az-a açıqlamasında deyib ki, Nizami Süleymanovun vəfatı ilə bağlı Müsavat partiyasında hər hansı müzakirələr aparılmasa da, ancaq ona başsağlığı verilməsi ilə bağlı hər hansı tərəddüd yoxdur: “Nizami Süleymanovun vəfatı ilə bağlı Müsavat partiyasında hər hansı müzakirələr aparılmayıb. Hər halda biz dünyasını dəyişən Azərbaycan vətəndaşına başsağlığı verməkdə qəbahət görmürük”.

Müsavat başqanı qeyd edib ki, Nizami Süleymanov müəyyən dövrdə Azərbaycan siyasətində yaddaqalan rol oynayıb: “O, 1992-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində milyondan çox seçicinin səsini almağa nail olub. Bəzi ekspertlər hesab edirdi ki, Nizami Süleymanov populist çıxışları hesabına bu qədər səs ala bilib. Ancaq mən düşünürəm ki, istənilən demokratik seçkilərdə əsas qaliblə əsas openentin səs faizi arasında fərq az olur. Nizami Süleymanov da 1992-ci ildə yalnız populist çıxışlarına görə səs almayıb. Eyni zamanda həmin dövrdə Əbülfəz Elçibəyə, milli hökumətə və Azərbaycanın müstəqilliyinə qarşı çıxan qüvvələrdən və şəxslərdən narazı qalan insanlar da məhz Nizami Süleymanova səs verib. Həmin dövrdə Azərbaycanda real siyasi qüvvə olan AXCP və onun lideri Əbülfəz Elçibəyə qarşı Nizami Süleymanovun 34 faiz protest elektoratı var idi. Bu protest elektorat məhz Nizami Süleymanovun namizədliyi üzərində toparlanmışdı”.

Xatırladaq ki, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü, iki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) Nizami Süleymanov ötən gün vəfat edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm