Qarabağda qatılaşan buludlar, dünyaya fəlakət gələcək... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qarabağda qatılaşan buludlar, dünyaya fəlakət gələcək... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Münaqişə ətrafında vəziyyət “nə müharibə, nə də sülh” mərhələsinə keçir.

Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırlayır. Suriyanın Hələb şəhərində hadisələr getdikcə qorxunc hal almağa başlayıb və proseslər Dəməşq ilə onun müttəfiqi olan Moskvanın istədiyi şəkildə gedir. Qərb mediası isə iddia edir ki, Ankara və Moskva Vaşinqtonu Suriya problemindən kənarlaşdırmaqdadır. Həftə ərzində ABŞ Konqresi İran və Rusiya əleyhinə qanun layihələrini qəbul etdi. Həftə həmçinin daha bir dəhşətli təyyarə qəzası ilə yadda qaldı. Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin qoyulması Azərbaycanda hiddətlə qarşılandı.

Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırladığı barədə Ermənistanın “Aravot” qəzeti yazıb.
Qəzet qeyd edib ki, Rusiya və Ermənistanın vahid ordusunun yaradılması Ermənistan üçün tələdir. Qəzetin əsas ehtimalı odur ki, Moskva İrəvan üçün hazırladığı sürprizdə Qarabağın ayrıca yeri var.

Ancaq Ermənistan müdafiə naziri Vigen Sərkisyan sözlərinə görə, Rusiya və Ermənistan arasında vahid ordu birləşmələri haqqında müqavilənin imzalanması Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində iştirak etməsi üçün hüquqi əsas yaradacaq. “Ermənistana hücum zamanı Gümrüdəki yerləşən Rusiya hərbi bazası müdafiə işlərinə cəlb edilməlidir. Bunun üçün isə mütləq hüquqi əsas lazımdır. Hazırkı şəraitdə hüquqi əsas məhz bu müqavilədir”, - deyə, o bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib ki, Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda görüş təklifini dəstəkləyir.

Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib ki, rəsmi Yerevan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib: "Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir". Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.

Çavuşoğlu deyib ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır.

Noyabrın 30-da Moskvada Rusiya və Ermənistan arasında iki ölkənin vahid qoşun birləşməsinin yaradılması ilə bağlı razılaşma imzalanıb. Razılaşmanı Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, Ermənistan tərəfdən isə müdafiə naziri Viqen Sarkisyan imzalayıb. Vahid ordu birləşməsinə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və Ermənistan ordusunun 4-cü korpusu daxil olacaq. Vahid ordu sülh şəraitində Ermənistanın hərbi rəhbərliyinə, müharibə vaxtı isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsinə tabe olacaq. Ekspertlərə görə, Rusiya bununla Ermənistan ordusu üzərində nəzarəti gücləndirəcək. Bəzi mütəxəssislər isə bu razılaşmanın Azərbaycan əleyhinə olduğunu vurğulayırlar.

YENİ SSENARİ: Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...

ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri yazıb ki, Ermənistan vahid ordunun yaradılması ilə hərfən Rusiyaya birləşir. “Bu razılaşmaya əsasən Rusiya Ermənistanda istədiyi etmək imkanı qazanır. Əslində bu Ermənistanın hərfən Rusiyaya birləşməsi deməkdir”, - nəşr qeyd edib.

“Foreign Policy” vurğulayır ki, bu proseslər fonunda Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin necə cərəyan edəcəyi də maraqlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib. O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun müəyyənləşdirilməsi halında müzakirə oluna bilər.

Ermənistan prezidenti Serj Sarkisyan “Rusiya bu gün” agentliyinə müsahibəsində qeyd etmişdi ki, Qarabağın statusunun müəyyən edilməsi şərti ilə yeddi rayonun qaytarılmasını nəzərdə tutan sənəd mövcud olub, lakin Bakı bununla razılaşmayıb. Ermənistanın “lragir” saytı da V.Akopyanın bu açıqlamasının şübhəli olduğunu yazıb. ABŞ-ın xarici siyasət üzrə Məsləhət Şurasının əməkdaşı, məşhur ekspert Stiven Blankın “cacianalyst” saytında dərc olunan məqaləsində irəli sürdüyü fikirlər də diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın “Qraparak” qəzeti ölkənin Respublika Partiyasındakı mənbəyə istinadən Azərbaycan və Ermənistan prezidentləri arasında olan dialoqlardan birini açıqlayıb. Dialoq Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənilər TƏŞVİŞ İÇİNDƏ: Qarabağ üçün yeni ssenari

Rusiyanın tanınmış ictimai-siyasi xadimi Mixail Belyayev “Qarabağ ətrafında buludlar yenidən qatılaşır” adlı məqaləsində yazıb ki, Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər baş verir. Müəllif aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumla bir neçə strateji yüksəkliyi azad etdiyinə diqqət çəkərək, qeyd edib ki, münaqişə ətrafında vəziyyət “nə müharibə, nə də sülh” mərhələsinə keçir. “Bölgədə vəziyyət daha da amansızlaşır. Aprel hadisələrindən səkkiz ay ötüb, lakin danışıqlar prosesi yenidən dalandadır”, - Mixail Belyayev qeyd edib.

M.Belyayev bildirib ki, Qarabağda tammiqyaslı müharibə versiyası da gündəmdədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin məqaləsində Kremlin Qarabağ planı açıqlanıb. Mərkəzin analitik məqaləsində qeyd edilir ki, Avropa və Birləşmiş Ştatlarda baş verənlər Rusiyanın əlini gücləndirir və artıq post-sovet ölkələri öz siyasi xətlərinə yenidən baxırlar.

Məqalədə bildirilir ki, aprel müharibəsində Rusiyanın neytral qalmasından sonra Ermənistanda ruslara qarşı düşmənçilik gücləndi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 28-də Azərbaycana ikigünlük rəsmi səfərə gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təyyarə qəzasında 75 nəfər öldü

Noyabrin 29-da səhər saatlarında göyərtəsində braziliyalı futbolçuların da olduğu “RJ85” tipli sərnişin təyyarəsi Kolumbiya səmasında qəzaya uğrayıb. LAMIA” hava yolları şirkətinə məxsus Təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub.

Çarter reysi ilə uçan təyyarədəki futbolçular Braziliyanın “Chapecoense” klubunun üzvləri olub. Onlar noyabrın 29-da Cənubi Amerika Kuboku uğrunda Kolumbiyanın “Atletico Nacional” klubu ilə oyun keçirməli idi. Səlahiyyətlilər qəza nəticəsində 81 nəfərdən 75-nin öldüyünü açıqlayıb.

Türkiyədə Monte Melkonyana abidə qoyuldu – ŞOK FAKTLAR

Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub. Belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib. Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ən QORXUNC SSENARİ – Rusiya istədiyini alır

Suriyanın rejim gücləri Hələb şəhərində müxalifət qüvvələri üzərində ciddi üstünlük əldə edib. Noyabrın 15-də əməliyyata başlayan rejim gücləri noyabrın 30-da müxalifətin nəzarət etdiyi əraziləri iki hissəyə bölüb. Əllərindəki ərazinin üçdə birini itirən müxalifət qüvvələri çox qorxunc bir ssenari ilə üz-üzədir. Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı müxalifətin Hələbin şimali-şərqindəki bütün ərazini itirdiyini açıqlayıb. Bu, 2012-ci ildən bu yana şəhərin yarısını əlində saxlayan müxalifət üçün ən pis mənzərədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya müxalifəti isə bildirib ki, Hələbin itirilməsi rejimə qarşı mübarizənin başa çatdığını göstərməyəcək. Suriya Ali Danışıqlar Komitəsinin üzvü Corc Sabranın sözlərinə görə, Hələb inqilab üçün vacib yer olsa da, sonuncu məntəqə deyil: “Hazırda Azad Suriya Ordusunun nəzarətində kifayət qədər çox yer var. İndiki şəraitdə heç kim sülh haqqında düşünə bilməz”.

Putinin ŞOK PLANI: 50 gün ərzində bunu edəcək

“Reuters” agentliyi Rusiya tərəfindən dəstəklənən və Dəməşq tərəfində vuruşan hərbi ittifaqdakı yüksək vəzifəli məmura istinadən Moskvanın Hələb planını açıqlayıb. Mənbə bildirib ki, Suriya ordusu və müttəfiqlər ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçməsinə qədər – 2017-ci il yanvarın 20-nə kimi Hələbin bütün şərq hissəsinin müxalifət qüvvələrindən almaq istəyir.

Adının anonim qalmasını istəyən məmurun sözlərinə görə, Hələbdə hərbi kampaniyanın növbəti mərhələsi daha mürəkkəb ola bilər. Bu onunla izah edilir ki, ordu və müttəfiqlər hazırda şəhərin ən sıx məskunlaşmış rayonlarını tutmağa çalışır. Müxalifət qüvvələri son bir neçə gün ərzində Hələbin şərqinin üçdə birini itiriblər və daha bir neçə min sığınacaqdan məhrum olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA

Suriyada, xüsusilə Hələb ətrafında vəziyyət qeyri-müəyyən olaraq qalır. Avropa mediası “Financial Times”in dünən irəli sürdüyü iddianı daha da gücləndirən bir iddia ilə çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa mediasının yazdığına görə, Türkiyə və Rusiya Suriyanın şimalındakı bölgələrə nəzarətin kimin edəcəyi barədə razılaşmağa başlayıb. Bildirilir ki, Türkiyə Suriyanın şimalında “yarı təhlükəsiz bölgə” yarada bilib.

Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin son bir həftə ərzində üç dəfə telefonla söhbət edib. Prezidentlərin telefon söhbətində Suriyadakı, həmçinin Hələbdəki son vəziyyət müzakirə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş ölkəsinin Suriya ilə bağlı planını açıqlayıb. O, 5 min kvadrat kilometr ərazini terrorçulardan təmizləyəcəklərini qeyd edib: “Fərat qalxanı” əməliyyatı davam edir. 5 min kvadrat kilometr ərazini terrorçulardan təmizləməyi qarşımıza məqsəd qoymuşuq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya lideri Bəşər Əsədlə bağlı son bəyanatı Moskva tərəfindən etirazla qarşılanıb. Kreml Ərdoğandan izahat tələb edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Bəşər Əsədin devrilməsi ilə bağlı Türkiyə prezidentinin bəyanatı Moskvanın mövqeyi ilə uyğun gəlmir. “Bu, çox ciddi bəyanatdır. Kremldə ümid edirlər ki, Ankara bu barədə izahat verəcək”, - Dmitri Peskov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski isə hesab edir ki, Türkiyə prezidentinin Əsədlə bağlı bəyanatı Türkiyənin tarixi baxışı ilə bağlı ola bilər.

“Türkiyənin Suriya ilə münasibətləri bizim Krımla münasibətlərimiz ilə eynidir. Onlar Osmanlı imperiyasının bir hissəsi olaraq Şimali İraq kimi Şimali Suriyanın hansısa hissəsini özünə qaytarmaq istəyir”, - siyasətçi deyib.

O, əlavə edib ki, Rusiya hakimiyyəti Türkiyəni dəstəkləməyəcək: “Çünki Əsəd qanuni seçilmiş prezidentdir və Rusiyanın müttəfiqidir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya lideri isə Ərdoğanın cavabını “erməni soyqırımı”nı tanımaqla verə bilər. Suriya parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi müzakirə edilir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşdə Suriya parlamentinin deputatları Ömər əl-Ərəbi və Alan Bakeri bildirib ki, Suriya parlamentinin müvafiq komissiyalarında “erməni soyqırımı”nın tanınması məsələsinin müzakirələri aparılır.

Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə vəziyyətin nizama salınmasının yolunu göstərib. Onun sözlərinə görə, bu yalnız bütün ölkələrin effektiv qarşılıqlı münasibətləri ilə mümkündür.

Putin xatırladıb ki, Yaxın Şərqdə inqilabların dağıdıcı nəticələri haqqında hələ Rusiyanın keçmiş baş naziri, sabiq xarici işlər naziri Yevgeni Primakov xəbərdarlıq edirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD terror təşkilatı noyabrın 28-də Colan təpələrində israilli əsgərlərə pulemyot və minaatanlarla atəş açıb. Anında havaya qalxan İsrail təyyarələri İŞİD terrorçularını daşıyan avtomobilləri məhv edib. Hadisə İŞİD və İsrail arasında qarşıdurma kimi qeydə alınıb. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən bu yana ilk dəfə İsrail əsgərləri İŞİD-in hücumuna məruz qalır. Hücumun Yermuk Şəhidləri qrupu tərəfindən təşkil edildiyi təxmin edilir.

İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Əl-Sabura bölgəsinə raket zərbələri endirib. Suriyanın rəsmi mənbələrindən verilən məlumata görə, İsrailin döyüş təyyarələri atəş açdığı anda Livan hava məkanında olublar.

Avropa İttifaqında Türkiyə əleyhdarlığı artmaqdadır. Avstriya prezidentliyinə namizəd, Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer bildirib ki, Türkiyə Avropa İttifaqına üzv olarsa, Avstriyanın quruma üzvlük məsələsini referenduma aparacaq. Yaşıllar Partiyasının namizədi Aleksandr Van Der Bellenlə teledebata çıxan Norbert Hofer şəxsən Avstriyanın Avropa İttifaqından çıxmasını istəmədiyini söyləyib.

Avstriyadan sonra Avropanın daha bir ölkəsi Türkiyəyə silah satışına embarqo qoyub. Almaniyanın silah istehsalçısı olan “Heckler & Koch” şirkəti Türkiyəyə silah satışına qadağa qoyub. Daha əvvəl isə Avstriya parlamenti Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edib.

ABŞ Senatı cümə axşamı Nümayəndələr Palatasının İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına dair bundan əvvəl qəbul etdiyi qanun layihəsini dəstəkləyib.

Sənəd ABŞ prezidentinə İran tərəfindən ballistik raket hazırlanmasında iştirak edən, terrorçuluğu dəstəkləyən, həmçinin insan haqlarının pozulmasında müqəssir olan şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək imkanı verir. Konqres bu səlahiyyətləri uzatmasaydı, sanksiyaların müddəti artıq cari ilin 31 dekabrında başa çatacaqdı. Qanunun qüvvəyə minməsi üçün prezident Barak Obamanın təsdiqi lazımdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların daha uzadılmasına münasibət bildirib. XİN rəsmisi qərarın nüvə razılığının ləğvi ilə nəticələnəcəyini deyib.

ABŞ Konqresini qəbul etdiyi daha bir addım Rusiya əleyhinə yönəlib. Nümayəndələr Palatası Rusiyanın təcavüzünə qarşı 4,3 milyard dolların ayrılmasını dəstəkləyib.

Adıçəkilən təşəbbüslə fevral ayında prezident Obama çıxış edib. Xərclər siyasi, iqtisadi, ictimai diplomatiyaya və hərbi dəstəyə, o cümlədən NATO-ya üzv ölkələr, eləcə də Avropa, Avrasiya və Mərkəzi Asiyada ABŞ-a tərəfdaş ölkələrə qarşı Rusiyanın mümkün təcavüzünün qarşısını almağa yönəlib.

Qanun layihəsi Konqresin hər iki Palatasında razılaşdırıldıqdan sonra imzalanmaq üçün prezident Obamaya göndəriləcək.

Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə yol açacaq!”

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya barədə verdiyi vədləri ilə ehtiyatlı olmalıdır. Bu xəbərdarlıqla ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennan çıxış edib.

“Düşünürəm ki, prezident Tramp və yeni administrasiyası Rusiya barədə vədləri ilə ehtiyatlı olmalıdır”, - deyə o, bildirib.

Brennan həmçinin İranla bağlanan nüvə razılaşması mövzusunda Trampa xəbərdarlıq edib. Onun sözlərinə görə, yeni administrasiyasının nüvə razılaşmasını ləğv etməsi fəlakətə yol aça bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə keçdi - SSENARİLƏR

ABŞ deyəsən yerdəki müharibələrdən bezib. Vaşinqton kosmos müharibələri və yadplanetlilərin Yerə hücum ehtimalına qarşı hazırlıqlara başlayıb.

CNN telekanalının verdiyi xəbərə görə, kosmos müharibələri, yadplanetlilərin hücumu üçün bir sıra ssenarilər hazırlanır. CNN-ə danışan ABŞ strategiya komandiri general Con Hayten bildirib ki, insanın getdiyi hər yerdə qarşıdurmalar baş verib.

“İnsan indi kosmosa gedir. Qarşıdurma ehtimalına hazır olmalıyıq”, - amerikalı general deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Həftə ərzində Rusiya tərəfindən ilhaq edilən Krım yarımadası ətrafında vəziyyət gərgin olub. 1-2 dekabr tarixlərində Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazilərdə raket atışları həyata keçirib.

Buna cavab olaraq Krımda Rusiyanın Hava Hücumundan Müdafiə qoşunları gücləndirilmiş iş rejiminə keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Ukraynanın raket atışları keçirdiyi bir vaxtda 55 min əsgərin Ukrayna sərhədinə göndərilməsi əmrini verib. Məlumata görə, Ukrayna sərhədinə göndərilən əsgərlərin əksəriyyəti Krıma yerləşdirilir. Kreml eyni zamanda, krımın Qərb sahillərinə hərbi gəmilər göndərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm