Ermənistanın məhvi və 7 il əvvəl azad olunmalı Qarabağ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Ermənistanın məhvi və 7 il əvvəl azad olunmalı Qarabağ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini Soçiyə qayıtmağa məcbur edib.

Azərbaycan Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb. Rusiyanın İslam Komitəsinin sədri, tanınmış ictimai-siyasi xadim Heydər Camal dünyasını dəyişib. Özbəkistanda prezident seçkilərinin qalibi məlum olub. Moskva və Dəməşq Hələbdəki müxalifət güclərini seçim qarşısında qoyub. Vaşinqton isə Rusiyanı bir nömrəli təhdid adlandırıb.

Azərbaycan Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini Soçiyə qayıtmağa məcbur edib. Pilotla dispetçerin danışıqları “GalandecZP” bloggerində dərc edilib. “Təyyarə Ermənistan istiqamətində uçurdu. “İrəvana qədər uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan edilib”, - dispetçer qeyd edib.

Rusiya Müdafiə Nazirliyindəki mənbə “news.am” saytına bildirib ki, Rusiya təyyarəsinin Azərbaycan üzərindən Ermənistana silah aparması haqqında informasiya yoxdur. Mənbə onu təsdiq edib ki, Rusiyanın Ermənistandakı “Erebuni” hava bazasına və Gümrüdə yerləşən 102-ci hərbi bazaya təyyarələrlə silah çatdırılır: “Lakin L-76 hərbi-nəqliyyat təyyarəsi Ermənistana uçmurdu”.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Azərbaycanın Rusiyaya məxsus “L-76” hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmamasına münasibət bildirib. Onun sözlərinə görə, sözügedən addım beynəlxalq hüququn tələblərinə tam uyğundur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bir neçə gün əvvəl Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyan haqqin.az saytının xüsusi müxbiri Vahan Martirosyana müracət edərək Azərbaycan tərəfə keçməsinə kömək göstərilməsini istəyib. Norayr Minasyan bildirib ki, Bakıda mətbuat konfransı keçirib, Ermənistanın sərhədyanı bölgələrdə yerləşdirilmiş qüvvələrində baş verənlər haqda danışmaq istəyir.

36 yaşlı N.Minosyan Ermənistan ordusunda baş leytenant rütbəsində xidmət edib, Naxçıvanla həmsərhəd yerləşdirilmiş 70179 nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün taqım komandiri olub. O, Hərbi Akademiyanın məzunudur, rus və ingilis dillərində bilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynadan Azərbaycan neftinə QADAĞA

Ukrayna Maliyyə Nazirliyi 262 min ton Rusiya neftinin “Ukrtransnafta" dövlət müəssisəsi tərəfindən Cənub neft magistralı vasitəsilə nəqlinə qadağa qoyub. Bu haqda “Ukrtransnafta"nın baş direktorunun birinci müavini Adrey Pasişnik bildirib.

Onun sözlərinə görə, Rusiya nefti Azərbaycan istehsalı olan neftlə əvəz edilməli idi. Pasişnik bildirib ki, Maliyyə Nazirliyi prezidentlər və hökumətlərin əldə etdiyi razılaşmaların reallaşdırılmasına qarşı çıxıb və problemin həllini axtarmaq əvəzinə sadəcə qadağa ilə cavab verib.

Ukrayna prezidenti Pyotr Poroşenko ilə iyulda keçirilən görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Ukrayna Odessa-Brodı xətti üzrə neftin nəqli layihəsinin reallaşdırılmasında maraqlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın İslam Komitəsinin sədri, tanınmış ictimai-siyasi xadim Heydər Camal dünyasını dəyişib. O, bu gün səhər saat 4-də Almatıda özəl klinikalardan birində vəfat edib.

Məşhur ictimai xadim bir neçə ildir onkoloji xəstəliklə mübarizə aparırdı. Onun vəziyyəti bir neçə həftə əvvəl pisləşib. Heydər Camal Almatı şəhərinin həkimlərinə kömək üçün müraciət edib. Ancaq intensiv müalicə nəticə verməyib. Heydər Camal Qazaxıstanın Almatı şəhərində “Kensay-2” qəbiristanlığında dekabrın 6-da dəfn ediləcək. Vida mərasimi yerli vaxt saat 11-də başlanacaq.

Heydər Camal daha çox Azərbaycan və Ermənistan, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və Moskvanın münaqişənin həllində oynadığı mövqe barədə səsləndirdiyi fikirləri Azərbaycan mediasının xüsusi diqqət mərkəzində olub. O, Rusiya telekanallarında Azərbaycan mövzusunda bir çox süjetlər və müsahibələr hazırlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yadplanetlilər Qafqazda: ŞOK TAPINTI - FOTO

Adıgey Respublikasında (Rusiya Federasiyasının subyektlərindən biri) Üçüncü reyxin “Anenerbe” təşkilatının emblemi ilə naməlum varlıqların kəllələrinin olduğu sandıq tapılıb. Bu haqda Rusiya Coğrafiya Cəmiyyətinin regional bölməsinin sədri İqor Oqay bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Özbəkistan prezidentinin adı məlum oldu

Özbəkistanda dünən keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Ulukbəy Abdulsalamov Şövkət Mirziyoyevin seçkilərdə qalib gəldiyini açıqlayıb.

Şövkət Mirziyoyevə 88,61 faiz seçici və ya 15 milyon 906 min vətəndaş səs verib. Özbəkistan Xalq-Demokratik Partiyasından Hotamcan Ketmonov 3,73, Sosial-demokrat “Ədalət” Partiyasının namizədi Nəriman Umarov 3,46, Özbəkistanın Demokratik Partiyasının namizədi Sərvər Otamuratov isə 2,35 faiz səs toplayıb.

Prezidentin ÜÇ VARİANTI: baş nazir öz tələsinə düşdü

İtaliya sakinləri hökumətin təklif etdiyi Konstitusiya islahatına qarşı çıxdılar. Nəticələrdən məyus olan baş nazir Matteo Rensi müvəffəqiyyətsizliyindən sonra istefa qərarını elan etdi.

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, italiyalıların əksəriyyəti - 59,11 faiz ölkənin əsas qanununa düzəlişlərin edilməsi ideyasını rədd edib. Vətəndaşlar dövlətin siyasi quruluşunda genişmiqyaslı dəyişikliklərlə razılaşmadılar. Bununla da Konstitusiya islahatının təşəbbüskarı gələcək siyasi karyerasını təhlükə altına qoydu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qətlin sifarişçisi ABŞ-dır – ŞOK İDDİA

Rusiya Suriyadakı müharibədə növbəti itkisini verib. Rusiyalı tibb bacısı Hələbdə Rusiya Müdafiə Nazirliyinin mobil hospitalının artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Daha iki tibb işcisi ağır yaralanıb. Yaralananlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki, ABŞ Hələbdə Rusiya tibb bacısının qətlinin sifarişçisidir. İqor Konaşenkov deyib ki, Hələbdə tibb bacısının həlak olmasına görə məsuliyyət terrorçular və onları himayə edən ABŞ, Böyük Britaniya və Fransanın üzərinə düşür.

Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan qrupunun tərkibindəki ikinci qırıcı qəzaya uğrayıb. Su-33 qırıcısı Aralıq dənizindəki təyyarədaşıyana eniş edərkən dənizə düşüb. Pilot xilas olmağı bacarıb. Qırıcı aerofinişerin burazlarına ilişməyib və növbəti dairə üçün hündürlüyü yığa bilməyərək gəminin burnu ətrafında dənizə düşüb. Daha əvvəl isə - noyabrın 14-də l“Admiral Kuznetsov” təyyarədaşıyan qrupunun tərkibindəki MiQ-29KR qırıcısı qəzaya uğramışdı.

Moskva Vaşinqtonla masaya oturur: Əsəddən İKİ VARİANT

Rusiya Hələb şəhərini tərk etmək istəyən müxalifət qüvvələrinin çəkilməsi üçün ABŞ-la danışıqlar masasına oturacaq. Bunu Rusiyanın xarici işlər Naziri Sergey Lavrov deyib. Rusiya xarici siyasət idarəsinin başçısı Hələbi tərk etməyən müxalifət güclərinin “terrorçu” hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib.

“Reuters” xəbər agentliyinə danışan müxaliflər isə Hələbin daha iki bölgəsinin itirildiyini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Müdafiə Nazirliyinin başçısı Eşton Karter ABŞ hərbçilərinin İraqın Mosul şəhərinin İŞİD-dən təmizləndikdən sonra da İraqda qalacağını bildirib.

ABŞ Hərbi Hava Qüvvələri naziri Debora Ceyms isə Rusiyanın ölkəsi üçün bir nömrəli təhdid olduğunu söyləyib. Rusiyanın nüvə potensialına toxunan nazir bunun ABŞ-ın varlığı üçün təhdid kəsb etdiyini bildirib.

Türkiyə bu gün tarixi bir uğura imza atıb. “Göktürk-1” peyki bu gün Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzindən kosmosa buraxılıb. Peykin hədəfi kəşfiyyat xarakterli məlumatların toplanması olacaq. “Göktürk-1” təxminən 90 dəqiqə ərzində dünyanın ətrafında bir dövr edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm