“O, ancaq söyüş söyəndə Azərbaycan dilində danışır”
Bizi izləyin

Nida.az

“O, ancaq söyüş söyəndə Azərbaycan dilində danışır”

“O, ancaq söyüş söyəndə Azərbaycan dilində danışır”

Mili Məclisin bu gün keçirilən iclasında YAP-çı deputata Məlahət Həsənova Azərbaycan dili ilə bağlı məsələ toxunaraq bildirib ki, qanunvericilikdə bu məsələ gündəmə gətirilməlidir.

Publika.Az xəbər verir ki,daha sonra çıxış edən Azay Quliyev bildirib ki, bu gün Leyla Yunus Azərbaycan dilini bilmir, ana dilindən yalnız söyüş söymək üçün istifadə edir. “Leyla Yunusun Rəhim Qazıyevin dövründə hansı kəşfiyyata işlədiyini hər kəs bilir. Bu adam Azərbaycan vətəndaşıdır, amma ana dilimizə hörmət etmir”-deyə o bildirib.

Spiker Oqtay Əsədov isə ona irad tutaraq gündəlikdə çıxmamaqla bağlı xəbərdarlıq edib. “Mən Azərbaycan dilində danışıram, əgər bir də gündəlik pozulsa, mikrafonu söndürəcəm. Heç kim məndən inciməsin”.

****

“Parlament insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədləri ratfikasiya edib və bu Azərbaycanda hüququ qüvvəyə malikdir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün bütün addımlar atıb. Amma insan hüquq və azadlıqlarını inhisara alan Avropa qurumları Azərbaycanda insan hüquq və azadlqılarından istifadə etməyə çalışır”.

Publika.Az xəbər verir ki, bu barədə deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında deyib. O, 1 milyon Azərbaycan vətəndaşı vətənindən qovulub: “Onlar nədən Avropa məhkəməsinmə çıxarılmır? Amma Azərbaycanın dövlət sabitliyi ilə bağlı atdığı addımlardan bizə qarşı istifadə olunur. Hansı haqla bir şəxsə 5 illik viza verib onu hava limanlarına qədər müşahidə edirlər. Budurmu insan hüquqları? Yaponiya, Kareya Avropa deyil, bəyəm orada insan haqları qorunmurmu? Əgər siz səmimisinizsə, ATƏT-in Minski qrupunun mövqeyini ortaya qoyun və 1 milyon insanın haqqını təmin edin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm