• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Leyla Yunus Ələkram Hümbətovun da adını siyasi məhbus siyahısına salıb"

  • Nida.az
  • 2 May 2014 13:53
  • 600 Baxış
"Leyla Yunus Ələkram Hümbətovun da adını siyasi məhbus siyahısına salıb"

Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.

Publika.az-ın xəbərinə görə, layihə haqqında İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Komitə sədri deyib ki, 15 protokol deputatlara təqdim edilib: “Azərbaycan dövləti insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı davam etdirir. Azərbaycanda insan hüquq və azadlıqlarını əks etdirən konvensiyalar ratfikasiya edilib. Qanunvericilik yaradıcı prosesdir". Layihəmin müddəaları ilə bağlı danışan deputat deyib ki, burada yerli məhkəmələrin məsuliyyəti dəfələrlə qeyd olunur. Bildirilir ki, məsuliyyət beynəlxalq təşkilatların üzərinə qoyula bilməz. Protokolda digər məsələ hakimlərinm Avropa Məhkəməsində iştirakı ilə bağlıdır. 15 Protokol kifayət qədər vacib sənəddir. Bu sənədin qəbulu göstərir ki, Azərbaycan dövləti bu sahədə irəliyə addım atır.

Deputat Zahid Oruc deyib ki, ötən illər ərzində Azərbaycan insan haqları və azadlıqları ilə bağlı bir xeyli addımlar atıb: “Mən burada beynəlxalq təşkilatların öhdəliyindən danışmaq istəyirəm. Vilnusda Azərbaycanla Avropa Birliyi atrasında viza sisteminin sadələşdirilməsi ilə müqavilə imzalandı. Bu sənəd Azərbaycan tərəfindən ratfikasiya olundu. Mən jurnalistləri bunu araşdırmağı dəvət edirəm. Hansısa bir irəliləyiş varmı. Yenə də həmin vəziyyətdir. Avropa Birliyi niyə üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir? Axı bu adamlar Avropa dəyərlərini görmək istəyirlər. Mən onları öz öhdəliyini yerinə yetirməyə dəvət edirəm. Istədiklərinə orden verirlər, 5 illik viza ilə təmin olunur, hətta diplomatik toxunulmazlığı olmadan onu yola salırlar və cinayətdən yayındırırlar" . Zahid Oruc xalq diplomatiyasının əleyhinə olduğunu bildirib və bu məsələnin qanunvericiliyə salınmasını təklif edib.

Ana Vətən Paytiyasının sədri, deputat Fəzail Ağamalı isə deyib ki, parlament insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədləri ratfikasiya edib və bu Azərbaycanda hüququ qüvvəyə malikdir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün bütün addımlar atıb. Amma insan hüquq və azadlıqlarını inhisara alan Avropa qurumları Azərbaycanda insan hüquq və azadlqılarından istifadə etməyə çalışır. Bizim 1 milyon vətəndaşımız vətənindən qovulub. Onlar nədən Avropa məhkəməsinmə çıxarılmır? Amma Azərbaycanın dövlət sabitliyi ilə bağlı atdığı addımlardan bizə qarşı istifadə olunur. Hansı haqla bir şəxsə 5 illik viza verib onu hava limanlarına qədər müşahidə edirlər. Budurmu insan hüquqları? Yaponiya, Kareya Avropa deyil, bəyəm orada insan haqları görunmürmü? Əgər siz səmimisinizsə, ATƏT-in Minski qrupunun mövqeyini ortaya qoyun və 1 milyon insanın haqqını təmin edin”.

Siyavuş Novruzov deyib ki, Avropa Şurasına üzv olduqdan sonra Avropa qurumlarının fəaliyyətini izləyirəm. Bizə qədər Avropa Məhkəməsinə ən çox Türkiyədən şikayət olunurdu. İndi biz Türkiyəni də keçdik.Bizdə insanlar prosedur qaydaları bilmirlər. Bəzən yerli məhkəməyə müraciət edənlər onun bir sürətini də Avropa Məhkəməsinə göndərirlər. İkincisi, bu müraciətlərin bir qismi müxalifət nümayəndələridir. Bir neçə il əvvəl Ermənistandan qovulan şəxslər mülki hüquqları ilə bağlı Avropa Məhkəməsinə müraciət etdilər, amma bu qeydiyyata alınmadı. İnsan hüquqlarını alver predmetinə çevirmək olmaz. Vaxtı ilə Leyla Yunus maddi danışıqlar nəticəsində insanların adını siyasi məhbus siyahısına salırdı. Toyuq oğrusunun adını da salmışdı. Bu elə hüquq müdafiə təşkilatlarının da etirazına səbəb olmuşdu. Baxın görün, kimlərin adını siyahıya salmışdı. Özü kimi Ermənistanda konfrans keçirən Ələkram Hümbətovun, metro partladanların və digərlərinin. Biz bu protokolu təsdiq etməklə sabitliyimizi ifadə edirik. Amma onlara gələndə problem yaranır”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR