Qaçqın uşağının QƏLƏBƏSİ, Stalinə görə Putindən alınan QİSAS... GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qaçqın uşağının QƏLƏBƏSİ, Stalinə görə Putindən alınan QİSAS... GÜNÜN SİYASİ XÜLASƏSİ

Putin xarici siyasətlə bağlı yeni doktrinasında Dağlıq Qarabağ münaqişəsinə yer verib.

Putin xarici siyasətlə bağlı yeni doktrinasında Dağlıq Qarabağ münaqişəsinə yer verib. Avstriyada keçirilən seçkilərdə ümumən Avropa sağçıları ağır zərbə alıb. Nüvə silahına malik ölkələrin sayı arta bilər. Donald Trampın Ağ Evə gedən yoluna hər gün yeni daş qoyulur. Erməni kilsəsi Türkiyədən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

İrəvan Qarabağı qaytarmasa... – Putinin “Böyük Avrasiya” PLANI

2017-ci il ərəfəsində Rusiya xarici siyasətlə bağlı yeni doktrina qəbul edib. “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası” adlanan yeni sənədin 36-cı səhifəsində Dağlıq Qarabağ münaqişəsinə toxunulur.

“Kommersant”ın şərhçisi Serqey Strokan bu məsələni təhlil edərək, bildirir ki, sənəddə ilk baxışdan heç bir sensasiya görünmür.

“Moskva ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Qarabağ münaqişəsini 2009-2013-cü illər ərzində Rusiya, Amerika və Fransa prezidentlərinin birgə bəyanatlarında ifadə olunan prinsiplər çərçivəsində həll etməyi dəstəkləyir. Faktiki olaraq, Rusiya həmin sənədlərə ikinci nəfəs verməyi təklif edir. Misal üçün, 2011-ci ildə “Böyük səkkizliy”in Fransanın Dovil şəhərində keçirilən toplantısında ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Dmitri Medvedev və Fransa prezidenti Nikola Sarkozi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış etdilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyanın yeni xarici siyasət doktrinası Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impulslar verə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənilər ənənəsinə uyğun olaraq ərazi iddialarını davam etdirir. Erməni Apostol Kilsəsinin Boyük Kilikiya Evinin katalikosu I Aram Kilikiya monastırının onlara qaytarılması haqqında Türkiyəyə qarşı iddia ilə Avropa İnsan Haqları Mərkəməsinə müraciət edib.Bu haqda I Aram “Facebook” səhifəsində yazıb.

2015-ci ilin aprelində erməni kilsəsi eyni iddia ilə Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edib, ancaq iddia rədd edilib. Qeyd edək ki, Kilikiya monastırı Türkiyənin Adana şəhərində yerləşir. 1930-cu ilə qədər katolikosluğun mərkəzi Adananın Kozan vilayəti olub. Sonradan bu dini mərkəz Livanın Antelias şəhərinə köçüb.

Ukrayna nüvə dövləti statusunu qaytarır – ŞOK TƏKLİF

Ukrayna millətçiləri təhlükəsizlik və müstəqilliyin yeganə qarantı kimi nüvə silahını görürlər. Belə ki, Radikal Partiyasının deputatları ölkənin nüvə dövləti statusunun qaytarılmasını təklif ediblər. Müvafiq qanun layihəsi Ali Radanın rəsmi saytında qeyd edilib.

Daha əvvəl Radikal Partiyasının lideri Oleq Lyaşko bildirib ki, Kiyev nüvə dövləti statusunun bərpası üçün bütün qanuni əsaslara malikdir. Onun fikrincə, Budapeşt memorandumunu imzalamış ölkələr üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransada prezident seçkiləri öncəsi hazırkı prezident Fransua Ollandın reytinqinin olduqca aşağı olması və seçkilərdə iştirakdan imtina etməsi digər bir sosialisti – Manuel Valsı ruhlandırıb.

2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürən Vals bu gün günbaş naziri postundan istefa verib. Ölkənin yeni baş naziri isəolkənin Daxili İşlər Nazirliyinə başçılıq etmiş Bernar Kaznyov təyin edilib.

“Yaşıl professor Saşa”: Stalindən qaçanların nəsli ultrasağlara necə qalib gəldi?

Avstriyada isə prezident seçkiləri üç turdan sonra tamamlanıb. Analitiklər və bukmeker ofislərinin proqnozlarının əksinə, ultrasağçıların namizədi, Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer prezident seçkilərində qələbə qazana bilməyib.

Yaşıllar Partiyasının sabiq lideri, müstəqil namizəd Aleksander Van der Bellen ölkənin yeni prezidenti seçildi. Aleksander Van der Bellen 53,8, Hofer isə 46,2 faiz səs toplayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Məşhur “təyyarə böhranı”ndan əvvəl qarşılarına ümumi ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı məqsəd qoyan, lakin bu hadisədən sonra aza qala düşmən ölkələr hesab olunan Türkiyə və Rusiya əvvəlki günlərə qayıtmaq niyyətindədir. Bu gün Türkiyənin baş naziri Binəli Yıldırım Moskvaya səfər edib.

Səfər çərçivəsində Binəli Yıldırım Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşüb. Görüşdən sonra Medvedev bildirib ki, Rusiya və Türkiyə 2017-ci ildə birgə investisiya fondu yarada bilər. “Biz məzmunlu danışıqlar apardıq. Ticarət, investisiyalar, neft-qaz, atom energetikası, sənaye, yüksək texnologiyalar və kənd təsərrüfatı, ümumiyyətlə, bizim bütün münasibətlərimizi xarakterizə edən məsələləri müzakirə etdik”, - Medvedev deyib.

O, həmçinin əminliyimi ifadə edib ki, iki ölkənin münasibətlərindəki çətin səhifə arxada qalıb.

Türkiyənin baş naziri bu gün həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Binəli Yıldırım İŞİD və “Əl-Qaidə”nin yaranma səbəblərini açıqladı

Moskvada səfərdə olan Binəli Yıldırım həmçinin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri ilə görüşüb. Türkiyəli qonaq bildirib ki, ən böyük beynəlxalq terror qruplaşmaları yaranma səbəblərini dilə gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD-dən MÜHARİBƏ ELANI: Bütün dünyada türkləri...

“İslam dövləti” (İŞİD) yeni təyin etdiyi rəsmi nümayəndənin adından Türkiyəyə müharibə elan edib. Abi al-Hasan al-Muhadjir İŞİD-in tərəfdarlarını bütün dünyada türk hərbçiləri, biznesmenlər, jurnalistlər və səfirlik əməkdaşlarına hücum etməyə çağırıb.

O, yeni postunda ilk nitqində müsəlmanları bütün bədbəxtlikləri səbrlə daşımağa çağırıb və onlara gələcəkdə mükafat söz verib. Abi al-Hasan al-Muhadjir bildirib ki, Yer kürəsində “xaçlı ABŞ və Avropa, kommunist Rusiya, İrandan atəşpərəstlər, Türkiyədən sekulyaristlər, ateist kürdlər, həmçinin çoxsaylı kafirlər və bütpərəst ərəblər” İŞİD və bütün müsəlmanlara qarşı çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Rusiyanın informasiya təhlükəsizliyinin yeni doktrinasını təsdiq edib.Yeni doktrinanın istiqamətlərindən biri informasiya texnologiyalarından istifadə vaxtı yarana biləcək hərbi münaqişələrin qarşısının alınmasıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Prezidenti sabah Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Jurnalistlərə açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov iclasda əsas müzakirə mövzusunun Rusiyanın iqtisadi təhlükəsizliyi məsələsi olacağını bildirib.

Tramp üçün xoşagəlməz SÜRPRİZ – Nəticələr dəyişə bilər

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Ağ Evə gedən yoluna isə demək olar ki, hər gün yeni bir daş qoyulur. ABŞ-ın Texas ştatından olan 38 seçicidən biri öz mövqeyini dəyişib.

Dallasdan olan həkim Kristofer Suprun Donald Trampın xeyrinə səs verməkdən imtina edib. Həkim “The New York Times” üçün yazdığı məqaləsində bildirib ki, Trampı layiqli namizəd hesab etmir. “Fikrimcə, Tramp kifayət qədər təcrübəyə malik deyil”, - deyə o bildirib.

Suprun qeyd edib ki, dekabrın 19-da keçiriləcək səsvermənin gedişatında Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizədlərdən biri – Ohayo ştatının qubernatoru Con Keysikaya səs vermək niyyətindədir. Həkim əlavə edib ki, ABŞ üçün hələ hər şey itirilməyib və seçicilər “düzgün qərar” qəbul edə bilərlər.

Qeyd edək ki, daha əvvəl Donald Trampa səs verəcək Seçicilər Kollegiyasının 6 nümayəndəsi mövqelərini dəyişib.

İran Prezidenti Həsən Ruhani isə jurnalistlərə açıqlamasında söyləyib ki, nüvə razılaşmasını pozmağa Donald Trampa imkan verməyəcək.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası zamanı Tramp İranla imzalanan nüvə razılaşmasını kəskin tənqid edib. O, bu razılaşmanın Amerikanın maraqlarına cavab vermədiyini və hakimiyyətə gələn kimi bu müqaviləni ləğv edəcəyini bildirib. Tehranı narahat edən başqa məqam isə Trampın administrasiyasının İran əleyhdarı olan siyasətçilərdən təşkil edilməsidir.

ABŞ prezidenti Barak Obama yenidən Konqresi Kubada yerləşən Quantanamo hərbi bazasındakı həbsxananın bağlanılması haqqında qərar qəbul etməyə çağıracaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods söyləyib. Rods indiyə qədər heç kimin niyə Quantanamonun ABŞ ərazisinə köçürülməməsini izah edə bilmədiyini söyləyib.

Qeyd edək ki, Obama 2008-ci ildə prezident olarkən Quantanamo həbsxanasını bağlayacağını bildirib. O, həbsxananın bağlanmasına nail olmasa da, buradakı məhbusların sayını 712-dən 59-a endirməyi bacarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm