Nazir müavini Ərdoğanın oğlunun Azərbaycana qaçmasından DANIŞDI – ÖZƏL
Bizi izləyin

Nida.az

Nazir müavini Ərdoğanın oğlunun Azərbaycana qaçmasından DANIŞDI – ÖZƏL

Eyni zamanda bu cür məlumatlar sırf Türkiyənin daxili proseslərinə hesablanmış məsələlərdir. Ona görə də bu məsələni şərh etməyə dəyməz

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyənin bir sıra internet saytlarında ölkənin baş naziri Rəcəb Təyyib Ərdoğanın oğlu Bilal Ərdoğanın guya Azərbaycana qaçması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazir müavini X.Xələfov Publika.Az-a açıqlamasında deyib: “Mən bu məsələni şərh etmək istəmirəm. Ona görə ki, bu cür məlumatlar şayiələrə əsaslanan, ajiotaj və sensasiya naminə yayılan xəbərlərdir. Eyni zamanda bu cür məlumatlar sırf Türkiyənin daxili proseslərinə hesablanmış məsələlərdir. Ona görə də bu məsələni şərh etməyə dəyməz. Düşünürəm ki, Azərbaycanda hər bir vətəndaş, o cümlədən dövlət adamları Türkiyənin sabitliyini, inkişafını və rifahını arzulayır. Ona görə də bu cür şayiələrə inanmaq lazım deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm