Spiker deputata əsəbiləşdi: “Necə yəni...”
Bizi izləyin

Nida.az

Spiker deputata əsəbiləşdi: “Necə yəni...”

Spiker deputata əsəbiləşdi

Milli Məclisinin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Elşən Musayevin turizmin inkişaf etdirilməsi ilə bağlı iradları spiker Oqtay Əsədovun sərt reaksiyasına səbəb olub.

Publika.az xəbər verir ki, millət vəkili Elşən Musayev ölkədə turizmin ən yaralı yer olduğunu söyləyib:

E.Musayev qeyd edib ki, bu sahənin inkişafı ləngiyir: “Ölkədə turizmi bu vəziyyətdən çıxarmaq lazımdır. Turistləri ölkəyə cəlb etməliyik. Misal üçün dəfələrlə cənab Prezident də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradları səslənib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin və bu sahədə inkişaf olsun. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq. Çünki turistlər Gürcüstan üzərində uçuşlar edəcəklər”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputatın bu fikirlərinə sərt reaksiya verib: “Elşən Musayev, əvvala danışanda bir az diqqətli ol! Necə yəni ölkədə turizm inkişaf etməyib?! Fikirləri səsləndirərkən bir az diqqətli olun. Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin inkişafını daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Bu il Azərbaycanda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm