Səməd Seyidov: “Bu istiqamətdə prioritetlər müəyyən olunmalıdır”
Bizi izləyin

Nida.az

Səməd Seyidov: “Bu istiqamətdə prioritetlər müəyyən olunmalıdır”

“Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəklik lazımdır?”

“Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri, konsulluqları və nümayəndəliklərin işinin səmərəlilik məsələsi müzakirə olunmalıdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

S.Seyidov deyib ki, hazırda Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu və 5 nümayəndliyi fəaliyyət göstərir: “Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəklik lazımdır? Bu istiqamətdə prioritetlər müəyyən olunmalıdır. Avstiya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır.

Hesab edirəm ki, post-neft siyasətinə keçid yalnız, iqtisadi modelə aid olmamalıdır. Bu, o cümlədən xarici əlaqələrə də aid olmalıdır. Biz bu istiqamətdə təhlillər aparmalıyıq. Bu təhlil səfirliklərin, konsulluqların, nümayəndəliklərin fəaliyyəti və onlara aid ayrılan vəsait üzərində olmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm