Putindən Qafqazda SSRİ PLANI: Hamı öldürüləcək... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Putindən Qafqazda SSRİ PLANI: Hamı öldürüləcək... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verib.

Rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ermənistan və Rusiya arasında vahid hərbi birləşmə yaradılmasını şərh edib. ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verib. Suriya “Dördlər ittifaqı” ardıcıl qələbələr qazanır.Fransanın xarici işlər naziri Jan Mark EyroMoskvanın Suriyada “İşidistan” yaratmaq cəhdində ittiham edib. NATO rəhbərliyi Moskvaya xəbərdarlıq edib.

Kremldən Qarabağ üçün yeni şərt: “CƏNUBİ QAFQAZ PLANI”

Pavel Felqenqauerin sözlərinə görə, Rusiyanın Cənubi Qafqaza dair uzunmüddətli planları var.Politoloq qeyd edir ki, bu planlardan biri də bölgədə vahid hərbi birləşmə yaratmaqdır və bu ideya əslində, keçmiş sovet sərhədləri çərçivəsində Gürcüstan və Azərbaycanı da buraya daxil etməkdir.
Pavel Felqenqauer qeyd edir ki, SSRİ vaxtı transqafqaz hərbi dairəsi mövcud idi.

“Rusiya məhz həmin hərbi dairəni yenidən qaytarmaq, bölgə ölkələrini yenidən ora daxil etmək niyyətindədir. Yəni, Ermənistanla vahid hərbi birləşmənin yaradılması erməni ordusunun Rusiya ordusuna daha sürətli inteqrasiyasıdır, lakin bu həm də regionda ümumi vahid hərbi birləşmənin yaradılması üçün atılan ilk addımdır”, - deyə hərbi ekspert bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ isə terrorçulara Azərbaycana hücum üçün tribuna verib. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma “DQR”-in “baş naziri” Araik Artünyan ABŞ Konqresində çıxış edib.

Separatçı rejimin “baş naziri” dekabrın 6-da Konqesdə “DQR”-in “25 illik müstəqillik yubileyi”nə həsr olunmuş tədbirdə iştirak edib. Separatçı “baş nazir” Konqresdə çıxışı zamanı Azərbaycana qarşı qondarma ittihamlar irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ŞOK PLAN: Türkiyəni 9 hissəyə bölüblər

Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi Fəthullahçı Terror Təşkilatı ( FETÖ) haqqındakı hesabatını yeniləyib. 2016-cı il 9 sentyabr tarixli 56 səhifəlik hesabat terror cinayətlərinə baxan Yargıtay 16-cı Cəza Dairəsinə göndərilib.

Hesabatda diqqət çəkən detallardan biri təşkilatın Türkiyəni “fəaliyyət bölgələri” olaraq 9 hissəyə bölməsidir. FETÖ bölgələrə sirri bilinməyən aşağıdakı kod adları verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin daxili siyasətində Konstitusiyaya dəyişikliklər üzrə referendum əsas müzakirə mövzusudur.

“Yeni Şafak” nəşrinin yazdığına görə, Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında danışıqlar müsbət nəticələnərsə, referendum 2017-ci il aprelin 23-də keçirilə bilər.

Dünən Türkiyənin baş naziri, AKP-nin sədri Binəli Yıldırım ilə MHP-nin lideri Dövlət Bağçalı arasında görüş keçirilib. Görüşdə parlamentin buraxılması və prezidentin fərman vermə səlahiyyəti ilə bağlı fikir ayrılıqları aradan qaldırılıb.

Türkiyənin xarici siyasətində isə əsas diqqət Suriyaya, daha doğrusu bu ölkənin şimalında həyata keçirilən “Fərat Qalxanı” əməliyyatına yönəlib. Amma son vaxtlar Türkiyənin əməliyyatda itkiləri artır.

İŞİD terrorçuları Əl Bab bölgəsində türk komanda batalyonunun olduğu bölgəyə minalanmış avtomobillə hücum ediblər. Avtomobilin partladılması nəticəsində 2 türk əsgəri şəhid olub, 12-si ağır yaralanıb. Türkiyə Silahlı qüvvələri tərəfindən Əl Bab bölgəsində keçirilən hava əməliyyatında ilk məlumatlara görə, 23 İŞİD terrorçusu öldürülüb.

“Dördlər ittifaqı” qələbənin bir addımlığında – Rusiyadan veto

Suriyanın müxalifət qüvvələri isə bir-birinin ardınca Hələbdə ağır məğlubiyyətlər alır. Müxalifət Hələbdə nəzarət etdiyi ərazilərin 70 faizini itirib.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Hələbin şərqində yerləşən strateji əhəmiyyətli Əl-Şaar rayonu da daxil olmaqla beş bölgəni ələ keçirdiyini bildirib. Müxalifət Suriya ordusunun son qələbələri ilə Şərqi Hələbdə nəzarət etdiyi bölgələrin təxminən dörddə üçünü itirib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada terrorçuların şəhərin cənubuna doğru geri çəkildiyi bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Şəhərdə qalanların hamısı öldürüləcək”. Hər halda Kremlin sözçüsü Dmitri Peskovun bəyanatı belə nəticə çıxarmağa əsas verir. Onun sözlərinə görə, Suriyanın Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq.

Dmitri Peskov bildirib ki, şəhərin şərq hissəsində “Ən-Nüsra” Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. “Bunlar terrorçulardır”, - deyə Peskov vurğulayıb.

Daha əvvəl Rusiyanın xarici işlər Naziri Sergey Lavrov Hələbi tərk etməyən müxalifət güclərinin “terrorçu” hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib.

Rusiya Suriyada son üç iki ərzində üçüncü itkini verib. Dünən Hələbdə iki tibb işçisinin öldürülməsindən sonra bu gün rus polkovniki həlak olub. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya ordusunun polkovniki Ruslan QalitskiyHələb şəhərinin qərb hissəsində yerləşən kvartallardan birində müxalifət döyüşçüləri tərəfindən vurulub.

RFİ televiziyasına açıqlamasında Fransa Xarici İşlər naziri Jan Mark Eyro söyləyib ki, Əsəd rejimi və Rusiyanın seçdiyi total müharibə strategiyası Suriyanı parçalanmaya doğru aparır.

Bunu Moskvanın addımlarının yanlış olduğunu bildirən baş diplomat bu strategiyanın İşidistan yaranmasına səbəb olacağını söyləyib: “Əsəd və Rusiyanın seçdiyi yol regionu yalnız davamlı xaosa doğru aparır. Bu strategiya terrorizmin yox edilməsinə şərait yaratmayacaq. Bu strategiyanın əsas hədəfi rejimin nəzarət etdiyi əraziləri genişləndirməkdir. Bu gün əsas məsələ hakimiyyətdə Əsədin qalıb-qalmayacağıdır. Söhbət regiondakı sülh və təhlükəsizlikdən gedir. Hələbin alınması belə sülh yaratmayacaq. Radikallaşma təhdidi, terrorizm təhdidi və hərbi konflikt bundan sonra da davam edəcək. Əsəd və Rusiyanın yaradacağı xaos bütün regionun stabilliyinə təhdiddir. Bizim təklifimiz siyasi danışıqların yenilənməsidir. Bu danışıqların əsas hədəfi Suriyanın bütövlüyünü qorumaq olmalıdır. Total müharibə Suriyanı parçalayacaq. Əsas risk isə Əsəd rejiminin nəzarət edə bilmədiyi ərazilərdə İŞİD güclənəcək və İşidistan yaranacaq”.

NATO-dan Moskvaya XƏBƏRDARLIQ: “Müharibə istəmirik, amma...”

“NATO Baltikyanı regionda Rusiya ilə qarşıdurmaya istəmir və buna cəhd etmir”. Bunu Şimali Atlantika İttifaqının (NATO) baş katibi Yens Stoltenberq deyib.

“Rusiyanın neçə illər ərzində Baltikya ölkələri regionunda silahlı qüvvələri yerləşdirməsi bizi mütənasib müdafiə hərəkətlərinə itələyir. Biz qarşıdurma istəmirik, amma reaksiya verməliyik. Rusiya inadla Ukraynada öz silahlı qüvvələrini toplayır”, - deyə ittifaqın rəhbəri Brüsseldə keçirilən Ukrayna-NATO komissiyasının iclası zamanı jurnalistlərə açıqlamasında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tramp bəyan etdi: “Savaşacağıq!”

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp xarici siyasət kursunu açıqlayıb. O,ABŞ-ın xarici ölkələrdəki qarşıdurmalara müdaxilə əvəzinə, İŞİD kimi terror təşkilatları ilə mübarizəyə diqqət ayırmalı olduğunu söyləyib.

“Haqqında heç bir şey bilmədiyimiz xarici rejimləri devirmək yarışına son qoyaraq diqqətimizi İŞİD-i məğlub etmək üçün toplamalıyıq. Bu hədəfin arxasında gedən hər ölkə ABŞ-ın tərəfdaşı sayılacaq. Köhnə dostluqlarımızı gücləndirərək yeni dostluqlar qurmaq istəyirik. Tarixdən aldığımız dərslərlə sabitliyi təmin etmək istəyirik. Artıq dağıdıcı xarici müdaxilə siyasətinə və xaosa son qoyulmalıdır”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp hələ seçkilərdən əvvəl (8 noyabr) başqa ölkələrdə rejimlərin devrilməsi təcrübəsindən imtina edəcəyinə söz verib.

ABŞ-ın öndə gedən 300-dən çox müsəlman lideri yeni prezident Donald Trampa məktub ünvanlayıb. Müsəlmanlar yazdıqları məktubda yeni prezidenti müsəlmanlarla bağlı siyasəti yenidən nəzərdən keçirməyə çağırıb: “Komandanızın müsəlmanları və onların konstitusiya haqlarını hədəfə alacaq təklifləri ciddi şəkildə nəzərdən keçirəcəyi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk”.

Qırğızıstan prezidenti Almazbek Atambayev 2017-ci ildə postundan getməyi düşünür. Gələn il yeni prezidentin kim olacağına dair müxtəlif proqnozlar var.

Amerikanın “Eurasianet” portalı yazır ki, Atambayev getməyi düşünsə də, öz yerinə rəqiblərindən kiminsə gəlməsini istəmir. Atambayev bildirdi ki, prezident səlahiyyətləri başa çatan ərəfədə siyasi proseslərə qarışmayacaq. Lakin çoxları hesab edir ki, o, getməmişdən əvvəl ölkədə siyasi sabitliyi bərpa etməyə çalışacaq. Ekspertlər düşünür ki, Atambayevin komandası 2017-ci ildə prezident seçkilərinə təsir edə bilər.
“Eurasianet” Atambayevi əvəz edə biləcək şəxslərin adlarını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsindəzəlzələ qurbanlarının sayı 60-I keçib. KİV-in məlumatına görə, yeraltı təkanlar nəticəsində ən azı 80 nəfər ağır travmalar alıb. Zəlzələ onlarla evi, binanı və məbədi dağıdıb. Zəlzələnin episentri Siqli yaşayış məntəqəsindən 21 km. şərqdə, yerin 10 km. dərinliyində olub.

Pakistanın “International Airlines” aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Çitral şəhərindən İslamabada uçan təyyarə Hayber-Paxtunxva əyalətində silah zavodunun yaxınlığında düşüb. Təyyarənin içində 47 nəfər, həmçinin dünyanın 500 ən məşhur müsəlmanın olduğu siyahıda yer alan məşhur müğənni Cunaid Camşed olub. Sərnişinlərdən 9-u qadın, 2-si uşaq və 2-si əcnəbi olub.

Təyyarə düşdükdən sonra alovlandığı üçün sərnişinlər yanaraq tanınmaz hala düşüblər. Sağ qalanların olmadığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm