Milli Məclis bəzi qanunlara dəyişikliklər edib
Bizi izləyin

Nida.az

Milli Məclis bəzi qanunlara dəyişikliklər edib

Bu qanunlara qanunlara dəyişikliklər edildi

Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanun layihələrinə dəyişikliklər edilib.

Publika.Az xəbər verir ki, İnzibati Xətalar və Cinayət- Prosessual məcəllələrinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Müzakirələrdən sonra məcəllələrə təklif olunan çoxsaylı dəyişikliklər qəbul olunub. Bundan başqa “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişiklik edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çəxarılaraq qəbul olunub.

Həmçinin, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” “Yol hərəkəti haqqında” qanunlara dəyişikliklər qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm