Azərbaycana müharibə MESAJI, Putinə Qarabağ üçün... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Azərbaycana müharibə MESAJI, Putinə Qarabağ üçün... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ardınca Qarabağa yollanması “müharibəyə hazırlaşırıq” mesajı kimi oxunula bilər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında post-sovet məkanındakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında çıxışlar olub. Lakin gözlənilən 3+2 formatında danışıqlar baş tutmayıb. Suriyada proseslər Dəməşq və onun müttəfiqlərinin istədiyi kimi gedir. ABŞ isə Suriya müxalifətini taleyin ümidinə buraxıb. Bu gün “Qırmızı imperiya”nın - SSRİ-nin dağılmasının rəsmiləşməsindən 25-ci ildönümüdür.

ABŞ Dövlət katibi Con Kerri ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında etdiyi çıxışında Azərbaycan və Ermənistan arasında münaqişənin həllinin uzanmasının Avropanın təhlükəsizliyinə təhdid olduğunu bildirib.

Onun sözlərinə görə, Avropanın üzləşdiyi təhlükə təkcə Ukrayna deyil: “Bura Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstandakı münaqişələr də daxildir”.

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Dağlıq Qarabağ və digər çətin problemlərin həllində əvvəldən əldə olunmuş razılıqlara sadiq qalmaq əsasdır. S. Lavrov bildirib ki, münaqişələr bütün tərəflərin maraqlarının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini bildirib ki, Aİ Avropa məkanında münaqişələrin mövcud formatlar çərçivəsində həllinə dəstək verməyə davam edəcək: "Biz hələ də Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edirik”.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer söyləyib ki, bu ilin aprel ayında vəziyyətin gərginləşməsi münaqişənin ciddi təhlükə olduğunu göstərdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. “Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasiyanın əsas səbəblərindən birdir. Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyəti təhlükəlidir və istənilən vaxt gərginləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir. Baş verənlər göstərdi ki, atəşkəsi möhkəmləndirmək və münaqişənin həll yolunu tapmaq üçün düzgün müzakirələr apardığımıza əmin olmalıyıq”, - deyə o bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 3+2 (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.

Sarkisyan Qarabağa gəldi

İrəvanın Hamburqda danışıqlardan imtina etdiyi bir vaxtda, Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birinə baş çəkdikdən sonra Dağlıq Qarabağa gəlməsi diqqət çəkir. İşğalçı ölkənin başçısının danışıqlardan imtina edərək öncə hərbi hissəyə gəlməsi, ardınca Qarabağa yollanması “müharibəyə hazırlaşırıq” mesajı kimi oxunula bilər.

Belçikada isə ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürülüb. Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) “Challenger” yarışının matçlarında təxminən 50 insan dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Yerli “Derniere heure” qəzetinin məlumatına görə, saxlanılanlar nəticələri qabaqcadan məlum olan matçlar üçün bukmeker ofislərində pul qoymaqda ittiham olunur. Artıq Brüssel, Antverpen, Gent və Brügge şəhərlərinin prokurorluqları tərəfindən 18 cinayət işi qaldırılıb. İstintaq orqanları hesab edir ki, dələduzluğun arxasında Ermənistandan gəlmələr dayanırlar.

“Qırmızı imperiya”nın əcəl zəngini onlar çaldı: SSRİ-nin “ölümü"nün 25-ci ilində 15 LİDER - FOTOLAR

Bu gün SSRİ-nin dağılmasının 25 ili tamam olur. 1991-ci dekabrın 8-də üç respublikanın –Belarus, Ukrayna və Rusiya lideri - Belarus Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezidenti Leonid Kravçukun iştirakı ilə Belovejsk sazişi imzalandı.

Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı. Dekabrın 25-də isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov televiziya ilə istefası haqqında fərmanını oxudu – SSRİ tarixə döndü. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin fəaliyyətinə xitam verilməsi haqqında qətnamə qəbul etdi.

Belarus, Ukrayna və Rusiya liderləri SSRİ-nin “dəfn”inə birbaşa olaraq imza atsalar da, həmin vaxt “Qırmızı imperiya”ya daxil olan 15 respublikaya rəhbərlik edən liderlərin hamısını xatırlatmaq istədik.

SSRİ-nin dağılmasının rəsmiləşdiyi gün – 1991-ci il 8 dekabrda 15 respublikaya rəhbərlik edən şəxsləri təqdim edirik.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“NATO həmin bazaları işə salsa...” – Rusiya üçün ŞOK PROQNOZ

Suriyanın müxalifət qüvvələri bir-birinin ardınca Hələbdə ağır məğlubiyyətlər alır. Müxalifət Hələbdə nəzarət etdiyi ərazilərin 70 faizini itirib.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Hələbin şərqində yerləşən strateji əhəmiyyətli Əl-Şaar rayonu da daxil olmaqla beş bölgəni ələ keçirdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq. Onun sözlərinə görə, şəhərin şərq hissəsində “Ən-Nüsra” Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. “Bunlar terrorçulardır”, - deyə Peskov vurğulayıb.

Daha əvvəl Rusiyanın xarici işlər Naziri Sergey Lavrov Hələbi tərk etməyən müxalifət güclərinin “terrorçu” hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib.

Hələbdə, ümumilikdə Suriyada proseslər hansı istiqamətdə inkişaf edir? Suriya lideri Bəşər Əsədin devrilməsini istəyən ölkələr, o cümlədən ABŞ və Türkiyənin hazırkı mövqeyi nəyə hesablanıb?

Politoloq Qabil Hüseynli bildirib ki, Rusiya və Suriya rejiminin digər müttəfiqləri ABŞ-dakı prezident seçkilərindən sonra yaranan boşluqdan yararlanaraq Bəşər Əsədin hakimiyyətini möhkəmləndirmək xətti tutub və buna müəyyən dərəcədə nail olub.

Onun sözlərinə görə, Hələbdə gedən son döyüşlər də onu göstərir ki, Rusiyanın əsas hədəfi Əsədin hakimiyyətini bütün Suriya ərazisinə yaymaqdan ibarətdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner isə bəyan edib ki, ABŞ Suriya müxalifətinə silah yardımı göstərməyəcək.

“Biz çox açıq və aydın şəkildə bəyan etmişik ki, Suriya müxalifətinə silah yardımı göstərməyəcəyik. Biz siyasi həll yoluna üstünlük veririk. Məhz bu məqsədlə çoxtərəfli formatda dialoq prosesini davam etdiririk”, deyə M.Toner bildirib.

Obamadan İNANILMAZ ETİRAF: “İŞİD-in...”

ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşması ilə bağlı böyük bir etiraf edib. Dövlət başçısı CNN kanalına müsahibəsində 2014-cü ildə İŞİD-in ekspansiyasının onu qəflətən yaxaladığını bildirib.

“İŞİD-in genişmiqyaslı quru hücumları təşkil etmək imkanı mənim kəşfiyyat radarımın ekranında yox idi”, - deyə Obama vurğulayıb.

Obama əmin olduğunu dilə gətirib ki, onun administrasiyası İŞİD-lə mübarizədə həmişə ən yaxşı addımlara təşəbbüs edib: “Biz regionda mürəkkəb siyasətin həyata keçirilməsində qüsursuz idikmi? Əlbbət ki, xeyr. Biz hər mərhələdə mümkün olan ən yaxşı qərarları qəbul etdikmi? Cavab müsbətdir”.

Qeyd edək ki, İŞİD-in ekspansiyası son iki ildə dünya üçün əsas problemlərindən birinə çevrilib. 2014-cü ildə təxminən 30 min döyüşçü (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə) ələ keçirdiyi ərazilərdə xilafət elan edib.

Rusiya isə ABŞ-dan fərqli olaraq Suriyadakı müharibəyə daha aktiv şəkildə qoşulmaqda israrlıdır. Rusiyanın Suriyaya göndərdiyi çeçen xüsusi təyinatlıları Xmeynim aviabazasını mühafizə edəcəklər. Bu barədə informasiyanı “İzvestiya” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qeyd edək ki, çeçen xüsusi təyinatlılarından ibarət “Şərq” və “Qərb” batalyonları 2003-cü ildə yaradılıb. Bu batalyonların hər biri böyük döyüş təcrübəsinə malikdir.

“İran kukla teatrının artisti kimi...” - Osmanlı nəvəsinin ŞOK SƏS YAZISI

Böyük Britaniyanın “The Guardian” nəşrinin əlinə ölkənin xarici işlər naziri Boris Consona aid audioyazı keçib.

Ölkənin baş diplomatı Romada siyasətçilərlə söhbətində Londonun müttəfiqi olan Səudiyyə Ərəbistanını Yaxın Şərqdə müharibələri qızışdırmaqda ittiham edib. O, bildirib ki, Səudiyyə Ərəbistanı və İran Yaxın Şərqdəki münaqişələrdə bilavasitə iştirak edərək özlərini kukla teatrının artistləri kimi aparır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Müharibə, su uğrunda döyüş, yoxsa... - Kərimovun xələfi Mərkəzi Asiyaya nə gətirəcək?

Özbəkistan İslam Kərimovun vəfatından sonra Şövkət Mirziyoyevi yeni prezident seçdi. İndi əsas düşündürücü məsələ Şövkət Mirziyoyevin hansı siyasi kursu izləyəcəyidir.
MDB İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin müdiri Andrey Qrozin Mirziyoyevin ilk növbədə iqtisadi məsələlərə diqqət ayıracağını hesab edir: “Seçkiqabağı proqramında da iqtisadi problemlərin həlli ilə bağlı vədlər vermişdi. O, 15 il ərzində iqtisadiyyatla məşğul olub, hesab edirəm ki, bu, onda alınacaq”.
Onun sözlərinə görə, Ş. Mirziyoyev prezident vəzifələrini müvəqqəti icra etdiyi 3 ay ərzində özünü göstərməyə vaxt tapdı.
Rusiyalı politoloqun fikrincə, Mərkəzi Asiyada su resursları ilə bağlı mübarizə başlayacaqsa, o zaman Özbəkistan, Tacikistan və Qırğızıstan arasında sərhəd məsələsi üzərindəki mübarizə ikinci plana keçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Pulu ödəyiblər, nüvə bombaları hazırdır!” - Pakistan qorxunc iddiaya cavab verdi

Pakistan xarici işlər nazirinin müavini Tasnim Aslam nüvə silahının satışı üzrə Səudiyyə Ərəbistanıyla razılaşmanın mövcudluğunu təkzib edib.

Pakistanlı diplomat “RİA-Novosti” agentliyinə müsahibəsində belə razılaşmanın olmadığını deyib. Diplomatın fikrincə, bu cür xəbərlərin əksəriyyəti Nyu-Dehlidən qaynaqlanır. “Biz həmişə nüvə silahının yayılmasına qarşı çıxmışıq. Pakistan hələ 1974-cü ildə Hindistan tərəfindən nüvə sınaqlarının keçirilməsinə kimi Cənubi Asiyada nüvə silahından azad zonanın yaradılmasını təklif edirdi”, - deyə Tasnim Aslam bildirib.

Qeyd edək ki, KİV-də Ər-Riyadın İslamabaddan nüvə silahı alacağı barədə xəbərlər dəfələrlə çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm