Putinin 8 maddəlik planında QARABAĞ: apreldən sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Putinin 8 maddəlik planında QARABAĞ: apreldən sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Suriyadakı müttəfiqlərini silahdırmaq niyyətini rəsmi şəkildə ortaya qoyub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb. Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olub. Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı birmənalı qarşılanmayıb. ABŞ Suriyadakı müttəfiqlərini silahdırmaq niyyətini rəsmi şəkildə ortaya qoyub. Bu isə Moskva tərəfindən sərt qarşılanıb.

Hamburqda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Eduard Nalbandyan arasında görüş baş tutub. Dekabrın 8-də axşam keçirilən görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibə verib. Əli Həsənov Azərbaycan təkbaşına, öz gücü ilə ərazilərini işğaldan azad edəcəyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclası çərçivəsində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən danışıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılıqlar həyata keçirilməlidir.

O, həmçinin qeyd edib ki, Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı məsələdə razılıq yoxdur.

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahyu bildirib ki, Dağlıq Qarabağ məsələsində anlaşma münaqişə tərəflərindən asılıdır.

“Razılaşmanı yerinə yetir” - Kremldən İrəvana Qarabağ TƏLƏBİ

Ermənistanın “Lragir” saytının yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Hamburq çıxışı Rusiyanın əvvəlki razılaşmaları qaytarmaq istəyindən xəbər verir. Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsində əvvəldən əldə olunmuş razılıqlara əməl olunmalıdır.

Sayt yazıb ki, aprel müharibəsindən sonra Bakı və Ankara ərazilərin qaytarılması ilə bağlı Moskvaya təzyiq edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ və Fransa XİN rəhbərləriATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında birgə bəyanat qəbul ediblər.

Bəyanat bildirilir ki,ATƏT-in Minsk qrupunun üzvləri yekdilliklə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu həll olunmasının tərəfdarıdır və Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dənizlərə nəzarət, Qarabağda... - Putinin Qafqaza qoşun yeritməsinin 8 SİRRİ

Rusiyanın Qafqazda Ermənistan və Abxaziya ilə vahid hərbi birləşmə yaratmasının 8 hədəfi var. Bu haqda Ukraynanın “politike” saytı yazıb. “Putin Qafqazda kimə qarşı ordu yaradır?” sualını araşdıran saytın yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin hədəflərindən biri də Dağlıq Qarabağ münaqişəsinə nəzarəti gücləndirmək və prosesləri öz istədiyi məcraya yönəltməkdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın sərhədində yeni dövlət yaranır?

Rusiya Federasiyası Dövlət Duması ikinci oxunuşda Çeçenistan Respublikası üçün maliyyə yardımının xüsusi növünün tətbiq olunmasını və dotasiya verilməsini təsdiq edib. Ayrılan dotasiyanın məbləği mübahisələrə səbəb olub.

Çeçenistanın rəhbəri Ramzan Kadırov noyabrın 1-də regional büdcə müşavirəsində bildirmişdi ki, federal mərkəzin Qroznıya verdiyi pay qəbuledilməzdir. Həmçinin, qeyd etdi ki, məktəblər, xəstəxanalar tikməli, iqtisadiyyatın əsas istiqamətlərini inkişaf etdirməlidir və bunun üçün pul lazımdır.

2017-ci ildə Çeçenistana ayrılan pulun ümumi həcmi 40,4 milyard rubl, Krıma isə 37 milyard rubldur. Lakin çeçenlər bununla da qane olmurlar və ayrılan pulun az olduğunu hesab edirlər. Çeçenistan Maliyyə Nazirliyinin departament rəhbəri Zaur Dukayev deyir ki, bu məbləğ nəzərdə tutulan işlərə çatmayacaq. O, ümumilikdə 53 milyard rubla ehtiyaclarının olduğunu deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ankara tarix verdi: “Apreldən sonra məhv olacaqlar”

“PKK terror təşkilatı apreldən sonra başlarına nə gələcəklərini təxmin belə edə bilməyəcək. Təşkilat apreldən sonra yox olacaq”.Bunu Türkiyənin ölkənin daxili işlər naziri Süleyman Soylu deyib. O, PKK-nın qışda yenidən təşkilatlanmasına icazə verməyəcəklərini bildirib.

Ankara polisi tərəfindən dekabrın 3-də yayımlanan bir sənəd ortaya çıxıb. “Mümkün hücum 7” adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ordusu Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatında böyük uğur əldə edərək Əl Bab-Menbic magistral yolunda nəzarəti ələ keçirib. Magistral yolun terrorçulardan təmizlənməsi Azad Suriya Ordusuna (ASO) strateji üstünlük qazandırıb. Bundan əlavə, artilleriya birləşmələri İŞİD-çilərə məxsus 10 hədəfi yerlə-yeksan edib.

Vaşinqtona sərt reaksiya: “Bu, Rusiya üçün...”

Vaşinqton isə Suriya rejimi və Rusiyanın qələbələrini həzm etmək niyyətində deyil. ABŞ prezidenti Barak Obama noyabrın 8-də ölkənin Suriyadakı müttəfiqlərinə silah tədarükünü qadağan edən qanunu ləğv edib.

Ağ Evin bu addımı Moskva tərəfindən sərt qarşılanıb. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib ki, Suriyadakı müttəfiqlərə silah, döyüş sursatları və hərbi texnikanın çatdırılmasına üzrə məhdudiyyətlərin ləğvi barədə Vaşinqtonun qərarı yalnız regionda deyil, həm də bütün dünya üçün təhlükəlidir”.

“Silahların müxtəlif növlərinin, həmçinin daşınabilən zenit-raket komplekslərinin terrorçuların əllərinə düşməsi bu qərarın ən pis nəticəsi olardı”, - deyə Peskov bildirib.

O, xatırladıb ki, daşınabilən zenit-raket kompleksləri dünyanın bütün ölkələri, həmçinin Rusiya üçün təhdiddir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Obamanın bu qərarını Rusiyanın xarici işlər naziri Sergey Lavrov da şərh edib. Onun sözlərinə görə, Suriya müxalifətinə silah çatdırılması Suriya böhranının həlli üzrə ABŞ-Rusiya danışıqlarına təsir edəcək. Lavrov əlavə edib ki, qərar Hələbdəki vəziyyətə təsir göstərməyəcək: “Çünki müxalifət Hələbin şərqində mühasirədədir”.

Rusiyanın xarici işlər naziri həmçinin Şimali Atlantika İttifaqının (NATO) şərqə doğru genişləndirilməməsi barədə Qərbin vədini xatırladıb. “Mən öz həmkarlarıma məxfilikdən çıxarılan sənədləri verdim. Helmut Kol (Almaniyanın keçmiş kansleri –red.) və Mixail Qorbaçov (SSRİ-nin son rəhbəri –red.) danışırdılar ki, NATO-nun Şərqə heç bir irəliləyişi olmayacaq və xüsusən NATO-nun hərbi infrastrukturu bizim ölkəmizin sərhədlərinə yaxınlaşmayacaq”, - Lavrov deyib.

O qeyd edib ki, danışıqlarda SSRİ prezidenti və Almaniya kanslerindən başqa SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze, onun Almaniyadan olan həmkarı Hans-Ditrix Qenşer, ABŞ-ın dövlət katibi Ceyms Beyker və Fransa prezidenti Fransua Mitteran iştirak edirdilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin respublikaçılar və demokratlardan ibarət senatorlar qrupu yeni seçilmiş prezident Donald Trampa məktub yazıb. “The Wall Street Journal” nəşri xəbər verir ki, senatorlar Donald Trampı Ukraynaya daha çox hərbi yardım etməyə və Rusiyanın təcavüzkar davranışına qarşı durmağa çağırıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin 2017-ci il üçün qəbul etdiyi 618,7 milyard dollarlıq müdafiə büdcəsini isə anti-Rusiya hesab etmək olar. Büdcə layihəsində “Rusiya təcavüzkarlığı” ilə mübarizəyə 4,3 milyard dollar həcmində vəsaitinin ayrılması nəzərdə tutulur. Vəsaitlər “siyasi, iqtisadi və ictimai diplomatiya”ya, NATO üzrə müttəfiqlərə və Avropa, Avrasiya və Mərkəzi Asiyadakı tərəfdaş ölkələrə hərbi dəstəyin göstərilməsinə ayrılacaq. Senator Con Makkeyn tərəfindən irəli sürülən qanun layihəsi bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənmişdi.

Müdafiə büdcəsi layihəsində həmçinin ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Rusiya ilə əməkdaşlıq etməyi qadağan edilir. Layihəyə əsasən, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırana kimi, Pentaqon Rusiya ilə əməkdaşlığa maliyyə vəsaiti ayırmayacaq. Bundan başqa, layihə işğal edilmiş Krım yarımadası üzərində Rusiyanın suverenliyini qanuniləşdirən hər hansı fəaliyyətin maliyyələşdirilməsini qadağan edir.

Büdcə layhəsinə əsasən, 2017-ci ildə Ukraynaya 350 milyon dollar hərbi yardım veriləcək. 2016-cı ildə bu rəqəm 300 milyon dollar idi.

1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejski razılaşmasına imza atanlardan biri - Ukraynanın birinci prezidenti Leonid Kravçuk Kremlin geosiyasi planını açıqlayıb.

O, hesab edir ki, rusiyalılar Moskvanın üstün olacağı geosiyasi ittifaq yaratmağa çalışır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünyada qadın prezidentlərə qarşı deyəsən, “səlib yürüşü” gedir. Braziliya prezidenti Dilma Rousseffin impiçmentindən sonra (cari ilin 31 avqustu –red.) növbəti hədəf Koreya Respublikasının prezidenti Pak Kın He oldu. Bu gün ölkə parlamentində keçirilən impiçmentin lehinə 234, əleyhinə 56 millət vəkili səs verib. İmpiçmenti ölkənin Konstitusiya Məhkəməsi təsdiq etməlidir. Prezident səlahiyyətlərini baş nazir Hvan Qyo Ana təhvil verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm