Spikerin iradlarına intizam komissiyasında baxıla bilər
Bizi izləyin

Nida.az

Spikerin iradlarına intizam komissiyasında baxıla bilər

Spikerin iradlarına intizam komissiyasında baxıla bilər


Milli Məclisin intizam komissiyası parlamentin iclaslarında iştirak etməyən deputatlarla bağlı məsələyə baxa bilər.

Bu barədə intizam komissiyasının üzvü, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə məsələlərə komissiya bundan əvvəl də baxıb və bir sıra şihafi xəbərdarlıq edib: “Spikerin iradları haqlıdır. O da deputatlara xəbərdarlıq etdi ki, davranışlarında diqqətli olsunlar. Bildirdi ki, iclaslarda iştitak etmirlər, amma tədbirlərə gedirlər. Amma məncə, heç kim bunu bilərəkdən etmir. Azərbaycanda beynəlxalq, regional tədbirlər keçirilir, deputatları dəvət edirlər, onlar da gedirlər”.

S. Novruzov qeyd edib ki, intizam komissiyasının bununla bağlı statistikası var və bu statistikaya uyğun iş aparılır.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında spiker Oqtay Əsədov deputatlara parlamentin iclaslarında iştirak etməməklə bağlı irad tutub.

“Bura hamımızın birbaşa iş yeridir. İki dəfə iclas olan vaxtlar biri yarım saat gecikir. Qanuna səsvermə zamanı yetər səs yoxdur. Çox xoşagəlməz hal alınır. Biz deputat seçiləndə üzərimizə öhdəlik götürmüşük. Bəzən bizim deputatlarımız birbaşa borcumuz olan iclasa gəlmir, müxtəlif tədbirlərə gedirlər. Milli Məclis olan günü ondan vacib tədbir olar? Baxırıq ki, millət vəkili günün birinci yarısı gəlir, baxırsan ki, ikinci yarısı yoxdur. Özümüz-özümüzə bir balaca hörmət etməliyik. Komitə sədrlərindən başqa, deputatların 70 faizini mən otaqlarında görməmişəm”- deyə spiker bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm