• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Deputat otaqda oturmamalıdır”- deputatdan spikerə etiraz

  • Nida.az
  • 3 May 2014 14:21
  • 1 001 Baxış
“Deputat otaqda oturmamalıdır”- deputatdan spikerə etiraz

“Deputat otaqda oturmamalıdır. Otaqda əsasən komitə sədrləri oturur, çünki onlar qanunların hazırlanmasında birbaşa iştirak edirlər. Komitələrin fəaliyyətini canlandırmaq lazımdır ki, deputatlar da aktiv iştirak etsinlər”.

Bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Publika.az-a açıqlamasında spiker Oqtay Əsədovun iradlarına münasibət bildirərkən deyib.

Spikerin iradlarının haqlı olduğunu deyən F. Mustafa Milli Məclisdə deputatın seçicilərlə əlaqə saxlaması üçün kifayət qədər imkanın olmadığını da qeyd edib.

“Əvvəlcə deputatların qanunverici təşəbbüsü ilə çıxış etməsi ləğv edildi. Bunun üçün mütləq ekspert olmalıdır. Bu baxımdan təşəbbüs vermək çətinləşib. Bu faktiki olaraq Konstitusiyaya ziddir. Belə vəziyyətdə deputat işləmək üçün nə etməlidir. Otaqda ancaq telefonla əlaqə saxlamaq olur. İnternet şəbəkəsini genişləndirmək lazım idi, amma əksinə məhdudlaşdırıldı. Xüsusilə də ağıllı telefonların istifadəsi ləğv edildi. Mən bir deputat kimi seçicilərimlə sosial şəbəkələrdə daha çox əlaqə saxlayıram. Parlamentdə isə sosial şəbəkələrdən istifadə mümkün deyil. Bu baxımdan, daha çox partiya ofisində otururam. Əgər bunlar üçün şərait yaradılsa, daha yaxşı olar. İradlar haqlı olsa da, deputatların daha səmərəli fəaliyyəti üçün mühit yaradılmalıdır”-deyə deputata bildirib.

F. Mustafa qeyd edib ki, deputat seçicisi ilə işləyirsə, iclaslarda iştirak etməyə də bilər:

“Qanunda göstərilib ki, 30-dan artıq iclas buraxılırsa, o zaman məsələyə intizam komissiyasında baxılır. Hesab edirəm ki, deputatlar parlamentə gəlmədən də fəaliyyət göstərə bilər”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR