Qamət Süleymanov müavininin saxlanılmasından DANIŞDI
Bizi izləyin

Nida.az

Qamət Süleymanov müavininin saxlanılmasından DANIŞDI

Qamət Süleymanov müavinin saxlanılmasından danışdı


“Adil qardaşımız radikal deyil. Onunla bağlı hər-hansı problem olduğuna inanmıram. Çünki o, radikallığa qarşıdır”.

Bu barədə “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov Publika.az-a açıqlamasında müavini Adil Rəcəbovun Zaqatalada saxlanılmasına münasibət bildirərkən deyib.

Q. Süleymanov qeyd edib ki, müavinin həbs ediləcəyinə inanmır.

“Ola bilsin ki, ümumi axtarışdır, onu da saxlayıblar. Amma həbs olunacağını gözləmirəm. Çünki həbsə problemi adamlar gedir”-deyə o bildirib.

Qeyd edək ki, Zaqatala polisi A. Rəcəbovun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparıb. Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm