Milli Şuradan istefa: Cəmil Həsənliyə etiraz
Bizi izləyin

Nida.az

Milli Şuradan istefa: Cəmil Həsənliyə etiraz

Milli Şuranın bu gün keçirilən iclasında qurumun üzvü hüquq müdafiəçisi Akif Hüseynov istefa verib.

Milli Şuranın bu gün keçirilən iclasında qurumun üzvü hüquq müdafiəçisi Akif Hüseynov istefa verib.

Publika.Az xəbər verir ki, hüquq müdafiəçisinin istefa səbəbi quruma yeni üzvlərin qəbuludur. Buna etiraz edən Akif Hüseynov bildirib ki, Milli Şura heç bir iş görə bilməyib:

“Bu günə qədər bir iş görməmişik. Milli Şuraya yeni üzvlərin qəbulu qurumun dağılmasına xidmət edəcək, güclənməsinə yox”.

Buna münasibət bildirən Cəmil Həsənli isə bildirib ki, bu gün və bun dan sonra da yeni üzvlərin qəbulu olacaq. Onun sözlərinə görə, qəbul üçün müraciətləri Koordinasiya Mərkəzi müzakirə edir və sessiyaya tövsiyə edir:

“Kim buna etiraz edirsə, öz işidir. Hesab edirik ki, bu qəbullar Milli Şuranın xeyrinə olacaq”, - deyə Cəmil Həsənli bildirib.

Akif Hüseynov buna etiraz edək istefa verdiyini bəyan edib və iclası təkr edib. C. Həsənli isə bildirib ki, 8 ay bir yerdə gəlib, indi getmək yaxşı deyil.

Qeyd edək ki, növbəti istefa ilə Milli Şuranın üzvlərinin sayı 84 olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm