“Azadlıq” qəzeti - Rəsul Quliyev münaqişəsi
Bizi izləyin

Nida.az

“Azadlıq” qəzeti - Rəsul Quliyev münaqişəsi

XCP sədri Əli Kərimli xüsusilə Müsavat Partiyasının başqanı İsa Qəmbəri tənqid etdiyinə görə, Rəsul Quliyevin mövqeyini dəstəkləyirdi. Lakin sabiq spikerin son açıqlamaları cəbhəçilərin ona qarşı baxışlarını dəyişdirib

“Azadlıq” qəzeti sabiq spiker Rəsul Quliyevi hədəfə alıb. SİA-nın məlumatına görə, Rəsul Quliyev ötən həftə Milli Şuranın son sessiyasında Koordinasiya Şurası adlı yeni struktur yaradılmasını qumdan düzəldilmiş qalaya bənzədib və başda AXCP sədri Əli Kərimli də olmaqla, qurumun sədri Cəmil Həsənlini kəskin ifadələrlə tənqid atəşinə tutub.

Məhz bundan sonra “Azadlıq” qəzetində sabiq spikerə hücum kampaniyası təşkil edilib: “Bu adam illərdir ki, ABŞ-da oturub, müxalifətə mübarizə dərsi keçməklə məşğuldur. Və artıq onun ”müəllimliyi" lətifəyə dönüb”.

“İqtidarın qorxusundan Azərbaycana qayıda bilmir” ittihamı irəli sürən Cəbhə qəzeti artıq onun haqında danışmağı vaxt itirmək kimi dəyərləndirib: “Rəsul Quliyev haqqında çox danışmağa dəyməz...".

Qeyd edək ki, AXCP sədri Əli Kərimli xüsusilə Müsavat Partiyasının başqanı İsa Qəmbəri tənqid etdiyinə görə, Rəsul Quliyevin mövqeyini dəstəkləyirdi. Lakin sabiq spikerin son açıqlamaları cəbhəçilərin ona qarşı baxışlarını dəyişdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm