Xələf Xələfov Suriyada döyüşən azərbaycanlılarla bağlı məsələni şərh etdi - ÖZƏL
Bizi izləyin

Nida.az

Xələf Xələfov Suriyada döyüşən azərbaycanlılarla bağlı məsələni şərh etdi - ÖZƏL

Bu bizim üçün böyük itkidir. Hesab edirəm ki, bu həm də yolverilməzdir. Cəmiyyətdə də gənc nəslin tərbiyəsi məsələlərinə böyük diqqət yetirmək lazımdır.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov son vaxtlar Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib.

Nazir müavini X.Xələfov Publika.Az-a açıqlamasında bu cür məlumatlarla mətbuatdan tanış olduğunu söyləyib. X.Xələfov deyib: “Əlbəttə ki, bu cür məlumatların dəqiqləşdirilməsi vacibdir. Çünki bizim dövlət orqanları bu məsələ ilə bağlı hələlik rəsmi fikir bildirməyib. Yəqin ki, bunu araşdırmağa ehtiyac var. Əgər doğrudan da belə faktlar varsa, mən bundan çox təəssüflənirəm. Yəqin ki, həmin adamları bu işə müəyyən maraqlı təşkilatlar və qruplar cəlb edirlər. Bu isə yolverilməzdir. Çünki Azərbaycan vətəndaşları gedib hər hansı xarici dövlətdə hansısa ideya naminə həlak olurlar.

Bu bizim üçün böyük itkidir. Hesab edirəm ki, bu həm də yolverilməzdir. Cəmiyyətdə də gənc nəslin tərbiyəsi məsələlərinə böyük diqqət yetirmək lazımdır. Suriyada həlak olan azərbaycanlılarla bağlı mənim də fikrim odur ki, bu işlər ciddi araşdırılmalıdır, dəqiqləşdirilməlidir. Bu insanların əksəriyyəti gənc insanlardır. Buna görə də onların ailələri də övladlarının tərbiyəsi işinə çox diqqətli olmalıdır. İnsanlar nə qədər çox vətənpərvərlik ruhunda tərbiyə olunsalar, nə qədər çox öz dövlətinə, millətinə, milli ideyasına bağlı olsalar, o zaman bu cür xoşagəlməz hallar da az olar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm