“Milli Şura düzələn deyil”- gedənlər qayıtmaq istəmir
Bizi izləyin

Nida.az

“Milli Şura düzələn deyil”- gedənlər qayıtmaq istəmir

Əvəz Temirxan bildirib ki, belə bir məsələ müzakirə mövzusu deyil: “Hələ müzakirə edilmədiyi üçün heç nə deyə bilmərəm


Milli Şura ətrafında son proseslər gedənləri qayıtması məsələsini gündəmə gətirib. Qurumdan əvvəllər istefa vermişlər geriyə qayıda bilərmi? Publika.Az olaraq qurumu tərk edənlərin geri qayıtmaq ehtimalını araşdırdıq.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib ki, belə bir məsələ müzakirə mövzusu deyil: “Hələ müzakirə edilmədiyi üçün heç nə deyə bilmərəm. ALP üçün hazırda əsas prioritet təşkilatlanma məsələləridir. Bununla yanaşı Demokratik Qüvvələrin Birliyi ilə hər həftə məsləhətləşmələr aparırıq. Amma Milli Şuraya qayıtmaq kimi bir məsələ müzakirə mövzusu deyil”.

Milli Şuranın keçmiş üzvü Zəminə Dünyamalıyeva da yenidən qayıtmağı düşünmür. Onun sözlərinə görə, Milli Şuradan qurumun aparmalı olduğu işi bir tərəfə qoyub intriqa ilə məşğul olduqları üçün gedib: “O gedişat cəmiyyət, xalq, Azərbaycan dövləti, dövlətçiliyimiz üçün heç nə verə bilməyəcəyi üçün Milli Şuradan imtina etmişəm. Nə vaxtsa Milli Şura formalaşsa, mənfi qüsurlarını kənara qoyub dövlət üçün, millət üçün işləsə, bu başqa məsələ. Amma bu da heç vaxt olmayacaq. Çünki Milli Şura elə vəziyyətə gəlib çıxıb ki, ordan yaxşı heç nə gözləmək mümkün deyil”.

“Xalq arzusu” hərəkatının təsisçisi Asəf Quliyevin də Milli Şuraya qayıtmaq kimi fikri yoxdur. O, hərəkatının gücləndirilməsi istiqamətində çalışdığını deyib: “Milli Şura artıq keçmişdə qalıb. Bundan sonra ora qayıtmaq kimi bir fikirdən söhbət belə gedə bilməz”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm