“Milli Şura bir partiyanın inhisarında olmamalıdır”- KXCP-dən AXCP-yə sərt xəbərdarlıq
Bizi izləyin

Nida.az

“Milli Şura bir partiyanın inhisarında olmamalıdır”- KXCP-dən AXCP-yə sərt xəbərdarlıq

“Milli Şura bir partiyanın inhisarında olmamalıdır”- KXCP-dən AXCP-yə sərt xəbərdarlıq

“KXCP Milli Şuradan çıxmaqla bağlı qərarında qalır”.

Bu barədə KXCP sədrinin müavini Xəzər Teyyublu Publika.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Mirmahmud Mirəlioğlu bununla bağlı bəyanat verib və yeni situasiya yaranıb: “Biz bu situasiyanı dəyərləndirəcəyik, məsləhətləşib yaxın günlərdə mövqeyimizi açıqlayacağıq. Biz Milli Şuranın tanınmış simaların, ziyalıların hesabına genişləndirilməsini istəyirik. İstəmirik ki, Milli Şura bir partiyanın inhisarında olsun. Bu yolverilməzdir. AXCP onsuz da burda təmsil olunur, bundan əlavə Ali Məclisin üzvlərinin hamısını ora gətirmək nə dərəcədə doğrudur? Biz bu məsələnin gündəliyə salınmamasını istəmişik. Amma gündəliyə salındı. Buna etiraz olaraq da partiya sədrinin bəyanatı oldu. Sonradan Bəybala müəllim sessiyaya qayıdıb bildirdi ki, buna son verilməlidir. Partiyabazlıq, firqəçilik kiçik istəklərdir. Bunlar olmayacağı təqdirdə partiyanın iştirakına baxa bilərik. Belə bir proses yaşanıbsa, dünya dağılmayıb ki. Amma AXCP üzvləri KXCP-ni sosial şəbəkələrdə təhqir etməyə başlayıblar”.

X. Teyyublu AXCP-yə xəbərdarlıq edib: “Burdan xəbərdarlıq edirəm ki, buna son versinlər. Bu gün hamının bir yerdə olması hava-su kimi lazımdır. Elçibəyin sağlığında Əli Kərimlinin təşkilatı ilə KXCP bu mübarizəni aparıb. İndi həmin vaxta qayıtmaq istəmirik, istəyirik ki, daxili savaşa son verilsin, düzgün mexanizm işləsin. Bunu etmək əvəzinə süni şəkildə genişləndirmə aparırlar. Bunu qəbul etmirik”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm