AXCP və Milli Şura da Müsavatın mitinqinə qatılmaq istəyir
Bizi izləyin

Nida.az

AXCP və Milli Şura da Müsavatın mitinqinə qatılmaq istəyir

AXCP və Milli Şura da Müsavatın mitinqinə qatılmaq istəyir

Müsavat Partiyasının Divanının iclası keçirilib.

Divan üzvü Tural Abbaslı Publika.Az-a bildirib ki, iclasda partiyadaxili və ictimai-siyasi məsələlərə baxılıb. Onun sözlərinə görə, NİDA-çıların məhkəməsi, mitinq barədə fikir mübadiləsi aparılıb: “Müsavat mayın 4-nə mitinq qərarı versə də, digər təşkilatlardan müraciət gəldi ki, mitinq ümumi mitinq olsa daha yaxşı olar. Müsavat da bu təklifi qəbul etdi. Digər partiyalar və Gənclər təşkilatları ilə danışıq gedir. Bu gün də son vəziyyətlə bağlı məruzə oldu, qərara alındı ki, danışıqlar davam olsun. Yaxın zamanlarda yəqin ümumi qərarla mitinqin vaxtı və yeri qərarlaşacaq, sonra BŞİH-ə müraciət olunacaq”.

Divan üzvü vurğulayıb ki, mitinq təkcə Müsavatın mitinqi deyil. O, AXCP və Milli Şuranın da mitinqdə iştirak etmək arzusunda olduğunu bildirib. “Biz heç bir partiyaya fərq qoymayacağıq. Bu elə məsələdir ki, burada partiya fərqi qoyulmayacaq”-deyə o qeyd edib.

T.Abbaslı Müsavatın mayın 24-nə planlaşdırılan mitinqi barədə iclasda müzakirə aparılmadığını deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm