“Putin gəlir”- Şimal bölgəsində informasiya təxribatı
Bizi izləyin

Nida.az

“Putin gəlir”- Şimal bölgəsində informasiya təxribatı

“Putin gəlir”- Şimal bölgəsində informasiya təxribatı

Son vaxtlar Azərbaycanın Şimal bölgəsində rus bayraqlarının qaldırıldığı haqda informasiyalar yayılıb.

Publika.Az bununla bağlı apardığı araşdırmada bəzi məlumatlar əldə edib. Şimal bölgəsindəki mənbə bildirir ki, regionda rus bayrağı qaldırılmayıb. Bir dəfə Qusar mərkəzi parkında bu baş verib,tezliklə də götürülüb.

“Lakin hazırda bu tipli informasiya təxribatı aparılır. Bir qrup var ki, əhalinin ictimai rəyini yönləndirmək üçün bu cür informasiya təxribatı aparırlar. Bu proses əhalinin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda, bazarlarda, taksi sürücüləri arasında gedir. Əsas məqsəd Azərbaycanın Şimal bölgəsinin Rusiyanı istədiyi rəyini yaratmaqdır. Həmçinin bunun Moskvaya belə təqdim edilməsidir”-deyə mənbə bildirib.

Qeyd edək ki, Krım hadisələrində də məhz belə olmuşdu. Yanukoviç devrildikdən sonra bir qrup separatçı Rusiyaya müraciət etdi və ardınca Kreml bölgəyə girdi. Bundan sonra Rusiyada vətəndaşlıqla bağlı qəbul edilən qanun dəyişikliyinin də buna hesablandığı deyilir.

Mənbə qeyd edir ki, bölgədə vəziyyət bu cürdür. Onun sözlərinə görə, Krımdan sonra Şimal bölgəsində əhalinin Rusiyaya meylliliyi artıb.

“Əhali arasında belə bir ifadə gəzir. “Putin gəlir”. Artıq hər kəs bir-birinə bu ifadəni işlədir və “hər şey yaxşı olacaq” deyirlər. Ən maraqlısı isə bu prosesin dini cərəyanlar arasında da aparılmasıdır. Onları himayəyə götürməklə istiqamətlərini Rusiyaya yönləndirmək istəyirlər”-deyə mənbə qeyd edir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm