Norveçli millət vəkili Dağlıq Qarabağdan danışdı - Müsahibə
Bizi izləyin

Nida.az

Norveçli millət vəkili Dağlıq Qarabağdan danışdı - Müsahibə

Norveçli millət vəkili Dağlıq Qarabağdan danışdı-Müsahibə

Diaspor Jurnalistləri Birliyi “Azərbaycanın xaricdəki əcnəbi dostları” adlı yeni layihəyə start verib. Layihə DJB-nin ictimai təşəbbüsü əsasında həyata keçirilir. Məqsəd əcnəbi dövlət və ictimai xadimlərlə münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana diqqətin daha da artırılmasıdır. Layihə çərçivəsində DJB tərəfindən Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və fikir adamlarından müsahibələr hazırlanacaq.

DJB-dən Publika.Az-a verilən məlumata görə, ilk müsahib Norveçdə yaşayan Pakistan əsilli iş adamı və millət vəkili Əmir Javad Şeyxdir. O, Pakistanda doğulub, 8 yaşında ailəsi ilə birgə Norveçin paytaxtı Osloya gəlib. 2003-cü ildən Norveçin ilk əcnəbi daimi millət vəkili Afqan Rafıq ilə evlidir. Mühasibat və biznes administrasiyası üzrə ali təhsil alib. Ayrıca, maliyyə hesabatları üzərində də diploma sahibdir:

- Mən 1988-ci ildə hazırda Norveçdə hakimiyyətdə olan Mühafizəkarlar Partiyasına üzv seçildim. 1995-2011-ci illərdə Oslo şəhər şurasının üzvü və Osloda 2007-ci ildə 17 May Komitəsinin rəhbəri, 1991-1995-ci illərdə partiyanın Gənclər Mərkəzinin lideri və Gənc Mühafizəkarlar Oslo Şurasının üzvü olmuşam. Həmçinin 1998-1999-cu illərdə seçki kampaniyasının məsləhətçisi, 2001-ci ildən 2003-cü ilə kimi isə siyasi məsləhətçi və hüquq üzrə katib kimi çalışmışam. 2003-cü ildən Norveç-Pakistan Milli Günü qeyd edilməsi üçün 14 avqust komitəsinin yaradıcısıyam. Ayrıca, Norveçdə Dialoq Sülh Fondunun qurucusuyam. 2011-ci ildə keçmiş baş nazir Kare Willoch və özüm sülh yollarını müzakirə etmək üçün Yaxın Şərqə Fələstin prezidenti Mahmud Abbas tərəfindən dəvət olumuşuq.

2012-ci ilin oktyabrında Norveçin hazırkı baş naziri Erna Sollbeq Pakistana ilk səfərini edərkən, onu müşaiyət etmişəm.

2013-cü ildə, keçmiş baş nazir Kjell Magne Bondevik və mən Yaxın Şərqdə Fələstin və İsrail məsələsinin sülh yolu ilə həlli üçün Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Salman Bin Abdul Aziz Al Səud tərəfindən dəvət olunduq. Həmin görüşdə İsrail prezidenti Şimon Peres, Fələstin baş naziri Salaam Fəyyad, Fələstin sülh eksperti Saeb Erekat və İsrail sülh vasitəçisi Tzipi Livni ilə görüşlər keçirdik.

- Cənab Əmir, Azərbaycanı necə tanıyırsınız?

- Norveçdə çox yaxın azərbaycanlı dostlarım var. Azərbaycan Xəzər Yanar dərnək sədri Təbrizli Məmməd Rza, daha sonra Atabəy və qızı Şərvin Nəcəfpur ailəmizin yaxın dostlarıdır. Azərbaycan haqqında bir çox məlumatım var. Azərbaycanlılar türk xalqıdır, Azərbaycan bizim müsəlman qardaşlarımızın ölkəsidir. İranda 30 milyon Azərbaycan türkü yaşıyır. Azərbaycanın Ermənistanla illərdir problemləri var və Dağlıq Qarabağ erməni işğalı altındadır. Qarabağın işğal altında olması Azərbaycanın iqtisadiyyatına zərər verir, halbuki zəngin bir neft ölkədir. Azərbaycan Republikasının demokratik bir hakimiyyəti var. Norveçdə Azərbaycan neft ölkəsi kimi tanınır. Bunu da əlavə demək istəyirəm ki, Norveçdə bir neçə türk və Azərbaycan tədbirinə qatılmışam və hər il qatılmağa çalışıram.

-Azərbaycan-Norveç münasibətlərini necə qiymətləndirirsiz?

-Norveç və Azərbaycan arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub, Bakıdakı Norveç səfirliyi 1998-ci ildə təsis edilib. İkitərəfli əlaqələr daimi səfərlər mübadiləsi ilə yaxşıdır. 2013-cü ilin yanvarında xarici işlər naziri Espen Barth Eidə Azərbaycanı ziyarət edib və əsas siyasi və iqtisadi aktyorları ilə görüşüb. 2011-ci ilin iyununda Bakıda illik neft və qaz sərgisi ilə əlaqədar Neft HRH Vəliəhd Hookonun və energetika O.Borten və dövlət katibi Espen Barth Eide Azərbaycana səfər ediblər. Katibi Lotte Handle Knutsen və sonra ədliyyə naziri Knut Storberqet bir konfrans üçün Azərbaycanı ziyarət edib. Xarici işlər nazirinin müavini Xələf Xələfov və energetika naziri Natiq Əliyev 2012-ci ilin yanvarında Norveçi ziyaət edib.

1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Statoil, neft sektorunda (BP-dən sonra) ikinci böyük investordur. Gözəl və uğurlu bir münasibətimizin olduğuna inanıram. Ayrıca, digər böyük şirkətlər Aker Solutions, Norveç Veritas və WENAAS Azərbaycanda fəaliyyət göstərir.

Norveç Humanitar Müəssisəsi ölkədə humanitar iş aparır. Təşkilat 1994-cü ildən ölkədə olub və 2008-ci ilə kimi xususilə Qarabağdan didərgin düşən uşaqlara, gənclərə və ailələrə yardım edib. Norveç və Azərbaycanın münasibəti gündən-günə inkşaf edir. Xüsusilə mədəniyyət sahəsində.

Norveç səyyahı Tur Heyerdalın xalqlarımız arasındakı əlaqələr haqqında nəzəriyyələrə başlaması ilə Azərbaycan-Norveç qarşılıqlı mədəniyyəti bir maraq doğurdu. 2011-ci ildə Bakıda “Tur Heyerdal və Azərbaycan” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Dillər Universiteti və Oslo Universiteti tərəfindən təşkil edilib. Azərbaycan və Mədəni İrs üzrə Norveç Müdirliyi Qobustan qayaüstü təsvirlərin idarə olunması istiqamətində əməkdaşlıq edir. YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına Qobustan petroqlifləri qurmaq üçün həlledici işllər görülüb.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə rəsmi Norveçin münasibəti necədir?

- Bu sual çox genişdir və məncə, xarici işlər naziri Börqe Brendə verilməlidir. Norveç Dağlıq Qarabağı erməni toprağı olaraq qəbul etməyib. Ancaq ümid edirəm gələcəkdə bu məsələnin sülh yolu ilə həlli üçün Norveç öz dəstəyini göstərəcək. Yaxın azərbaycanlı dostlarım burda bu məsələ üçün çox çalışır. Ancaq Norveç rəsmi olaraq bu problemə indiyə kimi yanaşmaq istəməyib.

- Gələcəkdə bir siyasətçi olaraq Azərbaycana gəlmək istərdinizmi?

- Böyük məmnuniyyətlə Azərbaycanı gəlib yaxından görmək və gəzmək istəyirəm. Azərbaycan mənim üçün çox maraqlıdır. Eşitdiyimə görə, bu ölkə dünyanın yeni mərkəzi olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm