• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hacı Şahin videosundan danışdı: "Şəriət icazə verir kişi cinsini..." - ÖZƏL

  • Nida.az
  • 6 May 2014 12:15
  • 1 955 Baxış
Hacı Şahin videosundan danışdı: "Şəriət icazə verir kişi cinsini..." - ÖZƏL

“Məşədi Dadaş” məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli onun “kişi cinsini dəyişə bilər” fətvası ilə bağlı sosial şəbəkələrdə yayılmış videosundan danışıb.

Axund Publika.Az-a açıqlamasında deyib ki, cinsini dəyişməklə bağlı şəriətdə qayda var ki, bu müəyyən xəstə insanlara şamil edilir: “Yaxud müəyyən yaş dövründən sonra kişilərdə qadınlaşma gedirsə, şəriət cinsini dəyişməyə icazə verir. Təbii ki, mən bunun tərəfdarı deyiləm və bu mənim şəxsi fikrim deyil. Sadəcə olaraq, bəzi insanlarda orqanizm dəyişikliyi baş verir. Əgər həkim ona belə bir diaqnoz qoyursa, onun xəstəliyi təsdiqlənirsə, bu həyata keçirilə bilər. Çünki o nə qadın, nə də kişi kimi yaşaya bilir. Bunu mütəxəssislər də təsdiqləyə bilər”.

“Bu fətva ölkədə cinsi dəyişməyə meylliliyin artmasına səbəb ola bilərmi?” sualına cavabında Hacı Şahin Həsənli bildirib ki, o bunları deməsə də, belə bir hal var: “Onsuz da bunu günah formasında edirlər. Amma şəriətdə bununla bağlı bəzi istisnalar var ki, din buna icazə verir. Misal üçün təbii yolla övlad olmursa, süni mayalanma ilə övlad dünyaya gətirirlər. Elm o qədər inkişaf edib ki, çox şeyi etmək mümkündür. Bu müasir məsələlərdir və şəriət buna bir izah verməlidir. Cinsi dəyişməklə bağlı da şəriətdə istisna hallar mövcuddur”.
Axund qeyd edib ki, o bunu deməklə hər kəsi nəzərdə tutmur. Onun sözlərinə görə, yalnız xəstə insanlarla bağlı istisna ola bilər.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR