“Mühüm razılaşmalar olacaq”- Gürcüstanlı deputatdan açıqlama
Bizi izləyin

Nida.az

“Mühüm razılaşmalar olacaq”- Gürcüstanlı deputatdan açıqlama

“Mühüm razılaşmalar olacaq”-Gürcüstan deputatından açıqlama

“Prezidentlərin görüşündə çox mühüm razılaşmalar olacaq”.

Bu barədə Gürcüstanın hakim partiyasından olan azərbaycanlı millət vəkili Mahir Dərziyev Publika.Az-a açıqlamasında Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının Tbilisidə görüşün şərh edərkən deyib.

M. Dərziyev bildirib ki, Krım hadisələrindən sonra dünyada II dünya müharibəsindən bu yana mövcud olan təhlükəsizlik sistemi alt-üst oldu: “Yeni sistemin yaradılması, yeni qüvvələr nisbəti, yeni yerdəyişmələr gündəmə gəlib. Bu baxımdan, üç ölkə rəhbərinin görüşünün formal xarakter daşımadığı qənaətindəyəm. Bu ilk növbədə üç ölkənin ənənəvi dostluğunu davam etdirməsinin mesajıdır. Digər tərəfdən regionda yaranmış duruma görə yeni nəticələrin də olacağı ortadadır. Hesab edirəm ki, görüş ciddi nəticələrlə bitəcək”.
Azərbaycanlı deputat qeyd edib ki, regionda baş verənlər fonunda üç ölkənin təhlükəsizliklə bağlı önləyici tədbir görmələri təsadüfi deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm