Gülər Əhmədova AMİP-ə üzv ola bilər - Açıqlama
Bizi izləyin

Nida.az

Gülər Əhmədova AMİP-ə üzv ola bilər - Açıqlama

Gülər Əhmədova AMİP-ə üzv ola bilər-Açıqlama

“Gülər Əhmədovanın azadlığa buraxılmasının alqışlayıram”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Publika.Az-a açıqlamasında sabiq deputat Gülər Əhmədovanın azadlığa çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə. qadının həbsdə saxlanılması mentalitetimizə uyğun deyil: “Hakimin bu qərarını alqışlayıram. Azərbaycan xalqının özünün mentaliteti var. Avropada demokratiya, məsələlərin sülh yolu həll olunması, qanunların daha da mükəmməl olması, korrupsiyaya qarşı mübarizəni alqışlayırıq. Ancaq bəzi məsələlər var ki, ona öz mentalitetimiz çərçivəsində yanaşmalıyıq”.

Y. Bağırzadə sabiq deputatın AMİP-ə üzv olması ehtimalı barədə belə deyib.

“Bizim partiyada üzvlük məsələsi ümumi qərarla verilir. Bu barədə təkcə qərar verə bilmərəm. Hazırda bu barədə söz deyə bilmərəm. Çünki bütün bu məsələlər-çıxarılma, qəbul, vəzifəyə təyin olunma, vəzifədən uzaqlaşdırılma kollegial qərarla həll olunan məsələlərdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm