"Kimə lazımdır onların bayrağı?"
Bizi izləyin

Nida.az

"Kimə lazımdır onların bayrağı?"

Kimə lazımdır onların bayrağı?"

"Qusarda yaxşı hava var. Hər yer gül-çiçəkdir. İnsanlar bayrama hazırlaşırlar. Nə rus bayrağı? Kimə lazımdır onların bayrağı?"

Bunu Teleqraf.com-a açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsindən parlamentə deputat seçilən Yevda Abramov Qusarda inzibati binalardan Rusiya bayrağının asılması, əhali arasında rus pasportlarının paylanılması barədə mətbuatda yazılanlara münasibət bildirərkən qeyd edib.

Y.Abramov qeyd etdi ki, dünın Qusarda olub və rayonda Rusiya bayrağına rast gəlməyib: "Dünən Qusarda olmuşam. Bu gün isə Qubadayam. Müharibə veteranları ilə görüşümüz olacaq, sonra Gül bayramı keçirəcəyik. Burada çox gözəl hava var. Hamının qəlbində Azərbaycan bayrağı dalğalanır. Rusiya haqqında düşünən adamlar görməmişəm. Kimsə desə ki, Yevda Abramov evindən Rusiya bayrağı asıb, inanacaqsız? Bu ağır ittihamdır. Əgər jurnalist araşdırmadan belə şeyləri yazırsa, deməli, o, çox təhlükəli şəxsdir. Şəxsən mən nə Qusarda, nə də Qubada Rusiya bayrağı görməmişəm. Buradakılar Heydər Əliyev siyasətini dəstəkləyirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm