Rusiyaya qaçdığı deyilən general Bakıya qayıdıb
Bizi izləyin

Nida.az

Rusiyaya qaçdığı deyilən general Bakıya qayıdıb

Rusiyaya qaçdığı deyilən general Bakıya qayıdıb

Rusiyaya qaçdığı deyilən general Bağır Fətullayev Azərbaycana qayıdıb.

Publika.Az xəbər verir ki, bu barədə Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli məlumat verib. Belə ki, partiya sədrinin tanıdığı bir şəxsin həyat yoldaşı B. Fətullayevin yaxın qohumudur.

Bu məlumatı da ona tanışı verib.

“Generalın Rusiyaya qaçması barədə məlumat həqiqətə uyğun deyilmiş, ailə vəziyyəti ilə əlaqədar qısa məzuniyyət götürübmüş. Generalın gənc qızı uzun müddətdir xərçəngdən əziyyət çəkir. Tanışım bildirdi ki, həmin general hazırda Bakıdadır və işinin üstündədir. Bağır Fətullayev Rusiyada Baş Ştabın yanında akademiyanı bitirib və orada da dərs deyib. Akademiyadan əvvəl isə diviziya komandiri olub. Heç bir proteksiya olmadan Rusiya kimi ölkədə bu nailiyyətləri qazanan general 50 yaşında ordudan tərxis olunub”-deyə partiya sədri bildirib.

V. Hacıbəyli bu məlumatı yayan hərbi ekspert Üzeyir Cəfərlini də tənqid edib: “Açığı, Üzeyir Cəfərovun bu məsələdəki canfəşanlığı həmin ekspertin səmimiyyətinə məndə ciddi şübhələr yaradır. Göründüyü kimi, bu məsələdə bəzi dairələr heç də xeyirxah olmayan niyyətlə dezinformasiya yayaraq yanlış ictimai rəy formalaşdırıblar”.

Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi Publika.Az-ın sorğusuna (http://publika.az/p/18050) cavab olaraq “Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb. Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb. Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil” deyə bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm