Çingiz Qənizadə daxili işlər nazirinə müraciət etdi
Bizi izləyin

Nida.az

Çingiz Qənizadə daxili işlər nazirinə müraciət etdi

Çingiz Qənizadə daxili işlər nazirinə müraciət etdi

Hörmətli cənab Nazir,

Özünü hüquq müdafiəçisi adlandıran, əslində bu ad altında fəaliyyəti və yeganə marağı xarici təşkilatlar tərəfindən maliyyələşən müxtəlif layihələr reallaşdırmaqla özünə var-dövlət, sərvət əldə etməyə çalışan Leyla Yunus son vaxtlar özü haqqında əzabkeş bir obraz yaratmaqla məşğuldur.

İstintaqı aparılan cinayət işi ilə bağlı şahid qismində prokurorluq orqanlarına dəvət edilmiş L.Yunus qanunlara hörmət etmək əvəzinə istintaqın çağırışından yayınmağa üstünlük vermiş və daha uzağa gedərək iki xarici ölkə səfirliyinin əməkdaşlarının müşaiyəti ilə Bakı Beynəlxalq Hava Limanına gedərək ölkədən çıxmağa cəhd etmişdir.

İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyduğu üçün L.Yunusun bu arzusu reallaşmamış və o geri qaytarılmışıdır.

Növbəti gün onun evində qanunauyğun olaraq axtarış aparmağa gələn istintaq əməkdaşlarına köməklik göstərən polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər Leyla Yunus onları təxribata çəkməyə cəhd etmiş, polisə böhtan atmaqla yanaşı, gənc polis baş leytenantını əli ilə itələmiş, onun xidməti baş geyimi olan papağını başından götürərək yerə atmışdır.

O, bu hərəkəti ilə nəinki polis əməkdaşını təhqir etmiş, həm də yerə atdığı papağın üzərində əks olunmuş dövlətimizin atributu olan gerbimizi də yerə atmışdır. L.Yunus bu hərəkəti ilə dövlətimizə olan münasibətini, dırnaqarası sevgisini bir daha nümayiş etdirmişdir.

Bütün bunları L.Yunus bilərəkdən, qəsdən ona görə etmişdir ki, polis ona qarşı zorakılıqla müşahidə olunan hərəkətlər etsin. Sosial şəbəkədə yayımlanan məlum video-görüntüdə Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbr və təmkin nümayiş etdirən həmin gənc polis baş lentenantının mükafatlandırılmasını Sizdən xahiş edirəm.

Hörmətlə,

Çingiz Qənizadə

Milli Məclisin deputatı,

Hüquq müdafiəçisi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm