Azərbaycan Türkiyə- Gürcüstan: yeni təhlükəsizlik birliyi
Bizi izləyin

Nida.az

Azərbaycan Türkiyə- Gürcüstan: yeni təhlükəsizlik birliyi

Azərbaycan Türkiyə- Gürcüstan: yeni təhlükəsizlik birliyi

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında yeni təhlükəsizlik birliyi formalaşır. Demək olar ki, belə bir birlik var, lakin bunun daha da genişləndirilməsi, strateji layihələr həyata keçirməklə yeni sistem formalaşdırılması vacibdir”.

Bu barədə Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Publika.Az-a açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, Gürcüstan NATO ilə əməkdaşlıq edir. Azərbaycansa NATO üzvü olan Türkiyə ilə təhlükəsizlik sahəsində sazişi var: “Bu istiqamətdə üç ölkə arasında ciddi əməkdaşlıq var, yəni dolayısı ilə ortada yeni təhlükəsizlik birliyi mövcuddur”.

A. Mollazadə qeyd edib ki, bu üç ölkə hazırda mühüm beynəlxalq layihələrin yaradıcısı və icraçısıdır.

“Azərbaycan, Türkiyə və Gürcüstan Avropa ilə Asiyanı birləşdirən dəhlizi yaradır. Bununla yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm layihələri həyata keçirir. Biz üç ölkənin təhlükəsizlik sahəsində, həmçinin digər sahələr üzər əməkdaşlığını mühüm hesab edirəm. Gələcəkdə strateji birliyin yaradılması üçün zəmin yaranıb. Hesab edirəm ki, bu üç ölkə gələcəkdə daha geniş dairəni əhatə edən əməkdaşlıq sistemi yaradacaq”-deyə A. Mollazadə bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm