Nida.az
Şeyxin müavini narazılıq yaradan kitabdan danışdı - Özəl
“QMİ özündə iki dini icmanı birləşdirən qurumdur. Biz heç vaxt hansısa icmanın heysiyyatına toxunacaq hallara yol vermərik”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı Publika.Az-a açıqlamasında qurumun dərc etdiyi “Vəhhabilik Cərəyanı” kitabında Əbu-Bəkr və Ömərin təhqir olunması haqqında səslənən iddialara münasibət bildirərkən deyib.
Q. Cavadlı qeyd edib ki, sözügedən kitabda belə bir şeyin olması
mümkün deyil: “Bu kitabı biz çap edib paylamışıq. Lakin çap olunana
qədər korrektə edilib, redaktədən keçirilib, ekspertlər baxıb,
rəylər verilib. Orda bel bir cümlənin getməsi mümkün deyil. QMİ heç
bir dini icmanı təhqir edəcək davranışlara yol verməz”.
Qeyd edək ki, İranlı alim Ayətullah Cəfər Sübhaninin Azərbyacan
dilinə tərcümə edilmiş “Vəhhabilik Cərəyanı” kitabı Türkiyəni ayağa
qaldırıb. Bu məlumatı gundəmxeber.com saytı yayıb. Məlumata görə,
vəhhabiliyin tənqid edildiyi kitabda Əbu Bəkr və Ömər pis qələmə
verilib.
Türkiyənin İslami çevrələrdə ən tanınmış internet xəbər saytı olan islahhxeber.net buna görə Qafqaz Müsəlmanları İdarəsinin Allahşükür Paşzadəni hədəf alıb. Məlumatda Allahşükür Paşazadənin sünnilərin məscidində həmin kitabın məcbur oxudulması göstərişi verdiyi və məqsədin İranın sifarişi ilə sünnilərin hörmət etdikləri Əbu Bəkr və Öməri gözdən salmaq olduğu qeyd edilib.
Xəbərdə həmçinin bildirilir ki, yaxın vaxtlarda İstanbuldakı
Sultan Ahmed məscidində A. Paşazadə əleyhinə mitinq keçiriləcək.
Bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da
müraciət olunacağı bildirilir.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...