Ərdoğanın ustadı, "gülən adam" öldü - FOTO
Bizi izləyin

Nida.az

Ərdoğanın ustadı, "gülən adam" öldü - FOTO

Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanın mürşidi Şeyx Muhammed Nazım Adil Kiprli vəfat edib.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, Kiprin “üzü gülən adamı” kimi tanınan Nəqşbəndi Şeyx Muhammed Nazım Adil Kiprli 20 gün sürən xəstəlikdən sonra xroniki qaraciyər çatışmazlığı səbəbindən 92 işində həyatını itirib.

20 gün xəstə yatan Kiprlinin ölüm olduğunu açıqlanıb. Onun ölümü ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Dərviş Eroğlu Şeyxin ölümü ilə bağlı başsağlığında bildirib ki, Kipr türk xalqının içindən çıxmış bir dəyər olan Şeyx Nazım Kiprlinin İslam dünyası və insanlığa xidmətlərini unutmayacağıq.


Ərdoğan da öz mürşidini unutmurdu. O, ötən ay xəstələnən mürşidinə telefon açaraq danışıb. Həmçini9n, öz şəxsi həkimlərini də Şeyxin müalicəsi üçün Kiprə göndərmişdi.


Kiprdə yaşayan və Lefkedə dərgahı olan şeyxin başda ABŞ və Avropa olmaqla bir çox ölkədə müridləri var idi. Evli və dörd övlad atası olan Kiprli 2011-ci ildən sonra özündən sonra varis kimi oğlu Mehmet Adili qoymuşdu.


Şeyx Nazım Kiprli Mövlanə Nazım Əl-Hakkani olaraq da tanınır. 1922-ci ildə Kiprdə Larnakda dünyaya gəlib. Nəsli ana tərəfdən Mövlanə təriqətinin yaradıcısı Mövlanə Cəlaləddin Rumiyə, ata tərəfdən Qədiri təriqətinin qurucusu Abdulkadir Geylaniyə qədər gedib çıxır. İstanbulda Kimya fakültəsini oxumaq üçün universitetə yazılan Nazım Adil siyasi məsələlərə görə yenidən Kiprə qayıdıb. Türk, ərəb, ingilis və Kipr yunancasında danışa bilir.

O, Türkiyədə ərəbcə azanın qadağan olunmasından sonra Kiprə dönür. Gəldiyi ilk gün minbərə çıxıb qadağaya etiraz olaraq ərəbcə azan oxuyur. Buna görə həbsə atılır. Həbsdən çıxandan sonra yenidən minbərə çıxıb ərəbcə azan oxumağa davam edir. Haqqında 114 ayrı-ayrı maddə ilə məhkəmə davası açılaraq 100 il həbs olunması tələb edilir. Lakin Adnan Menderes zamanında ərəbcə azana görə açılan bütün məhkəmə işləri ləğv edildi.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm