Deputat seçki sisteminin dəyişdirilməsini istəyir - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Deputat seçki sisteminin dəyişdirilməsini istəyir - AÇIQLAMA

Bu sistemin bərpası üçün gərək referendum keçirilməli və Konstitusiyaya dəyişiklik edilməlidir. Vaxtilə referendum keçirildi və proporsional seçki sistemi majoritar seçki sistemi ilə əvəz olundu

Milli Məclisinin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycanda proporsional seçki sisteminin bərpa edilməsi təklifi ilə çıxış edib.

Deputat İ.İsmayılov Publika.Az-a açıqlamasında deyib: “Əgər biz ölkədə siyasi partiyaların inkişafını və cəmiyyətdə siyasi partiyaların nüfuzunu artırmaq istəyiriksə, o zaman mütləq proporsional seçki sistemi bərpa olunmalıdır. Bu sistemin bərpası üçün gərək referendum keçirilməli və Konstitusiyaya dəyişiklik edilməlidir. Vaxtilə referendum keçirildi və proporsional seçki sistemi majoritar seçki sistemi ilə əvəz olundu. Əvvəlki sistem məqsədə uyğun idi. Əgər proporsional seçki sistemi bərpa olunarsa, o zaman Azərbaycanda siyasi partiyaların yeri və rolu artar, onların cəmiyyətdə nüfuzu bilinə bilər”.

İ.İsmayılov Azərbaycanda proporsional seçki sisteminin bərpa edilməsi təklifilə də ilk dəfə özünün çıxış etdiyini söyləyib: “İlk dəfə bu məsələni mən qaldırmışam. Ancaq mənim təklifimə baxılmayıb”.

Xatırladaq ki, 2002-ci ilin avqustunda Azərbaycanda referendumla proporsional seçki sistemi, yəni namizədlərin partiya siyahıları ilə irəli sürülməsi ləğv olunub. O vaxtdan parlament seçkiləri sırf majoritar qaydada keçirilir. Yəni, ayrı-ayrı dairələrdən şəxsi namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Halbuki, həmin tarixə qədər parlamentdəki yerlərin 20 faizi, yəni 25 deputat partiya siyahılarından tutulurdu.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm