Bakı-Ankara-Tbilisi- CERCO: Moskvaya qarşı yeni cəbhə
Bizi izləyin

Nida.az

Bakı-Ankara-Tbilisi- CERCO: Moskvaya qarşı yeni cəbhə

Bakı-Ankara-Tbilisi bloku- CERCO: Moskvaya qarşı yeni cəbhə açılır

Azərbaycan, Türkiyə və Gürcüstan yeni hərbi blok yaradır.

Diplomatik mənbədən Publika.Az-a verilən məlumata görə, bu məsələ prezidentlərin mayın 6-da Gürcüstandakı görüşündə müzakirə olunub. Mənbə bildirir ki, təşəbbüsü Türkiyə irəli sürüb və bu öncədən hazırlanmış layihədir: “Rusiya təhlükəsinin regionda artması Qərbi belə bir layihənin reallaşdırılmasına sövq edir. Əsas narahatçılıq Azərbaycan və Gürcüstanda Rusiyanın eyni ssenari davam etdirməsidir. Rusiyanın başı Ukraynaya qarışıb, belə bir məqamda Kremlə qarşı digər cəbhənin açılması gündəmdədir. Faktiki olaraq iki ölkə, xüsusilə də Bakı Kremlin təzyiqini üzərində hiss edir. Rusiyanın başı açılmamış regionda yeni cəbhənin açılmasının istəyir, məhz bu iş Ankaraya tapşırılıb”.

Mənbə qeyd edir ki, regionda öz varlığını yenidən nümayiş etdirmək üçün bu Ankaraya da lazımdır.
Ən maraqlı məqamsa yaradılması nəzərdə tutulan hərbi təhlükəsizlik birlinin ilkin konturlarının məlum olmasıdır. Belə ki, blok NATO-nun dolayı dəstəyi ilə yaradılır. Mənbə iddia edir ki, blokun adının Regional Əməkdaşlıq Mərkəzi- ingilis dilində Centre of Regional Collaboration (CERCO) –olması təklif olunur, lakin bu ilkin variantdır.

“CERCO ilkin mərhələdə iqtisadi əməkdaşlıq formasını özündə əks etdirəcək, sonrakı mərhələdə isə bunun hərbi bloka çevrilməsi nəzərdə tutulur. Bu istiqamətdə bir sıra məqamlar razılaşdırılıb, amma tərəflərin irəli sürdüyü şərtlərdə açıq qalan məqamlar da var”-deyə qeyd edilir.
Məlumata görə, şərtlər aşağıdakılardır:

Bakı:

1. Blokda daha çox iqtisadi və digər sahələr öz əksini tapsın, nəinki hərbi. Hərbi istiqamətlər daha uzaq perspektivlər üçün saxlanılsın, çünki Azərbaycan “Qoşulmama Hərəkatında” yer alır.

2. Bu birliyin Rusiyaya qarşı olması məsələsi kənara qoyulmalı,

3. Qərbin açmaq istədiyini yeni cəbhədə yer almaq yox, daha çox üç ölkənin təhlükəsizlik məsələsi əsas olmalı,

4. Gələcəkdə Ermənistanın bu birlikdə yer alması üçün heç bir cəhd olmamalıdır.

Ankara:

1. Birlik iqtisadi əməkdaşlıq kimi fəaliyyətə başlayır, sonrakı mərhələdə hərbi bloka çevrilməsi istiqamətdə işlər davam etdirilməli,

2. Əsas əməkdaşlıq NATO ilə qurulmalı,

3. Xarici təhlükə olduqda NATO-nun dəstəyindən istifadə edilməli,

4. Uzun müddətli olmalı, qərargah Ankarada yerləşməli, gələcəkdə əlavə ölkələrin də bura cəlb edilməsi prioritet seçilməlidir.

Tbilisi:

1. NATO ilə əməkdaşlıq və yaxınlaşma xətti seçilməli,

2. Lakin Rusiyaya qarşı olmaq məsələləri qabardılmamalı və mümkün qədər bundan kənarda dayanmalı,

3. Gürcüstan Azərbaycan-Türkiyə təhlükəsizlik müqavilələrində yer almalı,

4. Bu əməkdaşlıq uzun müddətli olmalıdır.

Məlumata görə, bunlarla yanaşı, bəzi xırda detallar da var. Lakin bəzi məqamlar razılaşdırılıb. Misal üçün mərkəzi qərargahın Ankarada olması, uzunmüddətli hədəflərin seçilməsi, Ermənistanın burda yer almaması mövqelərində yaxınlaşma var. Lakin digər məqamlar hələ müzakirə mövzusu olaraq qalır, xüsusilə Azərbaycanın istədiyi kənar maraqlarda yer almamaq. Bakıda keçiriləcək növbəti samitdə məsələnin müzakirəsi davam edəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm