Qüdrət Həsənquliyev: “Bizi sakitləşdirmək istəyirlər”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Bizi sakitləşdirmək istəyirlər”

Qüdrət Həsənquliyev: “Bizi sakitləşdirmək istəyirlər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərinə münasibət bildirib.

BAXCP sədri Publika.Az-a açıqlamasında bildirib ki, Uorlikin Karnegi fondunda verdiyi təkliflər problemin ədalətli və beynəlxalq hüquqa söykənən həllinə xidmət etmir: “Verilən təkliflərdə problemin Azərbaycanin ərazi bütövlüyü çərçivəsində həllinə dair müddəa nəzərdə tutulmayib. Bu isə ABŞ-ın ermənipərəst və ikili standartlar siyasətindən xəbər verir. ABŞ-dakı erməni diasporunun hay-küyü isə riyakarlıqdan başqa bir şey deyil. Onlar hər zaman daha maksimalist mövqe sərgiləyir və bu yolla vasitəçilərə təzyiq edir, dolayısı ilə bizi sakitləşdirmək istəyirlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm