Əli Kərimlinin keçmiş tərəfdarı Heydər Əliyevin məzarını ziyarət etdi
Bizi izləyin

Nida.az

Əli Kərimlinin keçmiş tərəfdarı Heydər Əliyevin məzarını ziyarət etdi

Əli Kərimlinin keçmiş tərəfdarı Heydər Əliyevin məzarını ziyarət etdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Daşqın Əlisəfa oğlu Məlikov Bakı şəhəri Xəzər rayon məhkəməsinin Qərarına əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, cəzasının çəkilməmiş yarıdan çox hissəsi ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilən Daşqın Məlikov ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etməsi üçün ona şərait yaradılmasını xahiş edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəhbərliyi tərəfindən məhkumun müraciəti nəzərə alınmış və 08.05.2014-cü il tarixdə Daşqın Məlikov atası Əlisəfa Məlikovun iştirakı ilə ulu undərin Fəxri Xiyabandakı məzarını ziyarət edibdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 17.04.2014-cü il tarixli Qərarı icra edilərək D.Məlikov 6 saylı MTCÇM-nə keçirilib.

Qeyd edək ki, D. Məlikov əvvəl AXCP-nin üzvü idi. Sonradan partiyadan istefa verdiyini bəyan edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm