Krım başqa,Qarabağ başqa
Bizi izləyin

Nida.az

Krım başqa,Qarabağ başqa

“Krımla Qarabağı eyniləşdirmək düzgün deyil"

“Krım məsələsilə Dağlıq Qarabağ məsələsini eyniləşdirmək düzgün deyil".

Publika.az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ əzəldən Azərbaycanın tarixi ərazisi olub. Ermənistanın Rusiyadakı səfirinin Krımda baş verən hadisələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini eyniləşdirməsi məsələsinə də toxunan S.Novruzov deyib: “Ermənilər həmin ərazilərə müəyyən bir vaxtda gəliblər və orada yaşayırlar. Krımda baş verənlər isə tamamilə başqa proseslərlə əlaqədardır. Krım illər boyu müxtəlif ölkələrin tərkibində olub. Yəni, bu məsələyə yanaşma tərzi tamam başqa olmalıdır. Vaxtilə, Dağlıq Qarabağın girişində ermənilərin ora köçüb gəlməsi ilə əlaqədar abidə qoyulub. Əsasən, Türkmənçay və Gülüstan müqavilələrindən sonra ermənilər həm Azərbaycanın digər ərazilərinə köçüb, həm də Dağlıq Qarabağ ərazisinə yerləşdiriliblər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm