NATO "Qladio"su 20 Yanvar ərəfəsi Bakıda nə işlə məşğul olub? - Şok iddia
Bizi izləyin

Nida.az

NATO "Qladio"su 20 Yanvar ərəfəsi Bakıda nə işlə məşğul olub? - Şok iddia

Həmin əməliyyatın operativ ssenarisi tərkibində 20 Yanvar hadisələrinin eyni oxşar sxemi mövcuddur. Yəni, Ukrayna və Azərbaycan millətçilərinin baş dirijorları həmişə eyni qüvvələrdir. Təəssüf ki, bu ənənə gördüyümüz kimi hələ də davam edir. Bakıya bu təx

“Ukrayna və Azərbaycan millətçilərinin baş dirijorları həmişə eyni qüvvələrdir. Təəssüf ki, bu ənənə gördüyümüz kimi hələ də davam edir”.

Publika.Az –ın xəbərində görə, bu sözləri yazıçı-publisist, konspiroloq Həmid Herisçi Ukraynadakı son hadisələrlə 20 Yanvar faciəsi haqqınmda oxşarlıqdan danışarkən deyib.

Konspiroloq Ukraynadakı son hadisələrlə 1990-cı 20 Yanvar tarixində Bakıda törədilən faciənin təşkilatçıları arasında oxşarlıq olduğunu bildirir. Kiyevdəki hadisələrin Amerika respublikaçılarının nəzarəti altındakı tam məxfi diversiya qrupları tərəfindən həyata keçirildiyini deyən H.Herisçi qeyd edir ki, hələ 24 il əvvəl də oxşar təxribatlar Bakıda törədilmişdi.

“NATO-nun tərkibindəki bu gizli təxribat qurumlarının ümumi şərti adı "Qladio"dur. Türkiyyədə həmin gizli təşkilat “Ergenekon” adlanır. Bu cür məxfi qurumlar heç vaxt öz adları ilə çıxış etmirlər. Əməliyyatlarının adı “Yalançı bayraq” (falshe flaq operition) adlanır. Yəni, bu qurumlar həmişə yalançı bayraq altında çıxış edib izləri azdırırlar”, konspiroloq söyləyib. .

İyirminci-otuzuncu illərdən başlayaraq Qərb kəşfiyyatının Rusiyaya qarşı tam məxfi “Prometey” əməliyyatını həyata keçirdiyini deyən H.Herisçi əməliyyatın əsas məqsədinin millətçi qüvvələri Rusiya sərhədləri boyunca təşkilatlandırıb təxribatlara, kəşfiyyat əməliyyatlarına cəlb etmək olduğunu dilə gətirib:

“Həmin əməliyyatın operativ ssenarisi tərkibində 20 Yanvar hadisələrinin eyni oxşar sxemi mövcuddur. Yəni, Ukrayna və Azərbaycan millətçilərinin baş dirijorları həmişə eyni qüvvələrdir. Təəssüf ki, bu ənənə gördüyümüz kimi hələ də davam edir. Bakıya bu təxribat dəstələri 20 Yanvar 1990-cı ildən təxminən öncə - 15 noyabr tarixində gəldilər. Bunlar Türkiyə "Qladio"sunun, yəni “Ergenekon”un killerləri idi. Onlar Bakıya turist dəstəsi şəklində gəlmişdilər”.

Ömər Əmirli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm