Nazir Yeni Zelandiyanın səfirini qəbul edib
Bizi izləyin

Nida.az

Nazir Yeni Zelandiyanın səfirini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yeni Zelandiyanın Türkiyədəki və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Taha Makfersonu qəbul edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yeni Zelandiyanın Türkiyədəki və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Taha Makfersonu qəbul edib.

Publika.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, görüşdə Əbülfəs Qarayev Yeni Zelandiya ilə Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında danışıb, iki xalq arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin, həmçinin turizm sahəsində hər iki ölkənin turizm şirkətləri arasında birbaşa təmasın yaradılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir Taha Makfersonu 2015-ci ildə Bakıda təşkil olunacaq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmək niyyətində olduğunu bildirib.

Səfir Taha Makferson nazirə qəbul üçün minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin bundan sonra daha da inkişaf etməsi istiqamətində uğurlu bir addım olduğunu diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm