AŞPA-nın həmməruzəçiləri Baş Prokurorluqda olub
Bizi izləyin

Nida.az

AŞPA-nın həmməruzəçiləri Baş Prokurorluqda olub

Bu gün Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Bu gün Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunmuş, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini, ötən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirərək Azərbaycan Prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə ediblər. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm