Parlamentdə büdcə müzakirə edildi
Bizi izləyin

Nida.az

Parlamentdə büdcə müzakirə edildi

Parlamentdə büdcə müzakirə edildi

2013-cü il dövlət büdcəsinin mədaxili 101,8 faiz, xərcləri isə 96,4 faiz yerinə yetirilib. Modern.az xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov “2013-cü il dövlət büdcəsinin icrası layihəsi”nin Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında müzakirəsində deyib.


“Ötən ildə dövlət büdcəsinin gəlirləri 19 159 mln. manat proqnoza qarşı 19 496,3 mln. manat və yaxud 101,8 faiz icra olunub. Bu da 2012-ci ilin icra göstəicisinə nisbətən 2214,8 mln. manat (12,8 faiz) çoxdur. ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. Dövlət büdəcəsi gəlirlərinin 58,2 faizi və yaxud 11350 mln. manatı Azərbaycan Dövlət Neft Fondundan transfert, 34,2 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmların, 7,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilomaların , 0,5 faizi isə digər daxilolmların payına düşüb. Dövlət büdcəsinin xərcləri isə 19 850 mln. manat proqnoza qarşı 19 143,5 mln. manat və yaxud 96,4 faiz icra edilib. Bu da 2012-ci illə müqayisədə 1727 mln. manat və yaxud 9,9 faiz çoxdur”.

A. Bayramovun sözlərinə görə, 2013-cü ildə orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, əhalinin gəlirləri 6,6 faiz artaraq 4 min manata çatıb. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 mlrd. dollar artaraq 50 mlrd. dolları ötüb.

İqtisadiyyat və sənaye nazirinin müavinin Sevinc Həsənova da çıxış edərək bildirib ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. Nazir müavini çıxışında Azərbaycanın işsizlik səviyyəsinə görə dünyada 37-ci yeri tutduğunu xatırladıb.


İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2013-cü ildə bütün iqtisadi parametrlər müsbət dəyişdiyini qeyd edib. 2013-cü il dövlət büdcəsinin icrası son on il ərzində iqtisadiyyatda baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını göstərir.

Dövlət büdcəsindən iri layihələrə kifayət qədər vəsaitin ayrıldığını xatırladan Vahid Əhmədov bunlara nəzarətin gücləndirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun üçün “Maliyyə nəzarəti haqqında qanun” qəbul edilməlidir.

“Bununla yeyintilərin, vəzifədə oturanların dövlət büdcəsindən xərcləmələrinin qarşısı alınmalıdır. Əsas vəzifə büdcəsinin neftdən asılılığının azaldılması olmalıdır. Hazırda dövlət büdəcsinin gəlirlərinin 76 faizini neftdən gələn gəlirlər, bunun da 53%-ini Dövlət Neft Fondundan transfertlər təşkil edir. Qeyri-neft sektorundan gəlirlərin artırılması üçün əlavə gəlir gətirən sahələr inkişaf etdirilməlidir. 10-15 min nəfərin işləyəcəyi avtomobil və digər zavod yaradılması ilə dövlət büdcəsinə əlavə vəsait cəlb olunması arta bilər. Layihələrə maliyyə açılışının yanvardan başlanmalıdır. Hazırda isə dövlət büdcəsində xərclərin 70-75 faizi noyabr-dekabr ayında xərclənir. Bunun üçün də büdcənin proqramlı idarə olunması məqsədəuyğundur”, – deyə deputat bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm