Pənah Hüseyn: “Milli Müqavimət Hərəkatı bərpa oluna bilər”
Bizi izləyin

Nida.az

Pənah Hüseyn: “Milli Müqavimət Hərəkatı bərpa oluna bilər”

Pənah Hüseyn: “Milli Müqavimət Hərəkatı bərpa oluna bilər”

“İndiki məqamda Qarabağ probleminin həlli üçün cəmiyyətin bütün təbəqələrinin səfərbər olunmasının vacibliyi ortaya çıxıb. Bu baxımdan hesab edirəm ki, Milli Müqavimət Hərəkatının yenidən gündəmə gəlməsi aktuallaşa bilər”.

Bu barədə Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn Publika.Az-a açıqlamasında deyib. P. Hüseyn bildirib ki, adın, yaxud formatın fərqli olması mümkündür, amma mahiyyət etibarilə eyni hərəkatın yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, zamanında müxalifət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Milli Müqavimət, Milli Xilas hərəkatları formasında birləşmələr olub.

“Artıq Bişkek protokolunun vaxtı bitirib və torpaqların azad olunması üçün real addımların atılmasının vaxtı çatıb. Mən səfərbər olunub müharibəyə başlayaq demirəm. Sadəcə olaraq, ərazilərin azad olunması üçün hərəkətə keçməliyik. Əks təqdirdə status-kvo sonsuzluğa qədər davam edə bilər”-deyə o qeyd edib.

P. Hüseyn əlavə edib ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs bu məsələ ətrafında eyni hədəfə vurmalıdır. Onun fikrincə, hərbi yol da daxil olmaqla torpaqların azad olunması üçün hərəkətə keçməyin zamanıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm